“Barselona”nın yeni baş məşqçisinin adı açıqlandı

Tarix: 19.05.2024, 16:20 Пожаловаться
"Barselona”nın baş məşqçisi Xosep Qvardiolanın istefasından sonra klubun yeni baş məşqçisinin adı açıqlanıb.

Xarici mətbuata istinadən verilən xəbərə görə, klubun yeni baş məşqçisi Qvardiolanın köməkçisi Tito Vilanova olub.

İspaniya liqasında "Real Madrid”ə məğlub olduqdan sonra çempionluq şansını itirən "Barselona”, bir neçə gün öncə də Çempionlar Liqasının yarımfinalında "Çelsi”yə uduzaraq böyük şok yaşamışdı. Məğlubiyyətlərdən sonra baş məşqçi Qvardiola vəzifəsindən getdiyini açıqlamışdı.

"Barselona”nın prezidenti Sandro Rossel Qvardiolanın yerinə Tito Vilonovanın gətirildiyini açıqlayıb.



Qeyd edək ki, Qvardiola 2008-ci ildən klubda baş məşqçi fəaliyyətinə başlamışdı. "Barselona” Pepin başçılığı ilə 3 dəfə ölkə liqasının, 2 dəfə Çempionlar Liqasının, ümumilikdə isə 12 kubokun qalibi olub.

Qvardiolanın İngiltərə yığma komandasının və yaxud da "Çelsi”nin baş məşqçisi olacağı güman edilir.

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 705 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı