Azərbaycan idmançıları Misirdə döyüşəcək

Tarix: 19.05.2024, 19:02 Пожаловаться


Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandası Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək IX Dünya Çempionatına yola düşür. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş məşqçi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park heyətə 14 idmançı daxil edib.

Oğlanların mübarizəsinə Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), qızların yarışına isə Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və Fəridə Əzizova (67 kq) qatılacaq. Əzizova artıq böyüklərdən ibarət yığmamızın heyətində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol və Elşən Quliyev də təmsil edəcəklər. Martın 30-da səfərə yollanan komandamız vətənə aprelin 10-da dönəcək. Turnirdən öncə isə Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçiriləcək.

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 973 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı