2012-ci il Olimpiya Oyunları məşəlinin marşrutu açıqlandı

Tarix: 19.05.2024, 19:37 Пожаловаться



Böyük Britaniya boyunca Olimpiya məşəli estafetinin marşrutu son olaraq müəyyənləşdirilib.

Oyunların təşkilatçıları estafetin ətraflı cədvəlini dərc ediblər. Beləliklə, artıq Olimpiya məşəlininin hansı küçə və yollardan hansı gün və saatlarda keçəcəyi məlum olub.

Həmçinin 8 min məşəl daşıyanın adları açıqlanıb. Onlar 13 min kilometrlik məsafə qət etməlidirlər. Onlardan cəmi 700-ü idmançıdır.

Olimpiya məşəli Böyük Britaniyaya mayın 18-də çatacaq, sonrakı günün səhəri isə onun 70 günlük səyahəti başlayır.

Estafet Kornuoll qraflığındakı dağlıq Lends End ərazisindən - adanın ən qərb nöqtəsindən start götürəcək. İnglitərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan keçəcək Olimpiya məşəli Britaniyanın ən məhşur yerlərindən keçəcək.

Londonun şərqindəki Olimpiya stadionuna gedən yol boyunca məşəl 1018 yaşayış məntəqəsindən keçəcək. O, həmçinin Böyük Britaniyaya daxil olmayan İrlandiya Respublikasının paytaxtı Dublinə də "baş çəkəcək".

Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 27-ə təyin olunub.

Oyunların təşkilatçıları Locog şirkəti və sponsorlar Coca-Cola, Lloyds TSB və Samsung 2011- ci ildə məşəli daşıyacaq 7300 adamın adlarını açıqlayıb. Onlar yerli icmaların həyatına verdikləri töhfələrə görə seçiliblər.

Onlardan hər biri məşəli 300 metrədək gəzdirəcək. Hər gün estafetdə 110-a yaxın adam iştirak edəcək.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 826 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı