Yayda üç ölkədaxili aviareys açılacaq

Tarix: 17.05.2024, 10:16 Пожаловаться


AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, hazırda daxili aviareyslərdən yalnız Bakı-Naxçıvan, Bakı-Gəncə və Naxçıvan-Gəncə yerinə yetirilir: «Lakin yay mövsümü ilə əlaqədar Bakıdan Lənkərana və Zaqatalaya aviareyslərin bərpası, Qəbələyə isə aviareysin açılması planlaşdırılır».AZAL-ın məlumat bürosundan verilən məlumata görə, hazırda Bakı-Naxçıvan-Bakı aviareysi həftənin hər günü 4 dəfə, Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşlar həftənin hər günü, Naxçıvan-Gəncə aviareysi isə həftənin III, V, VI və VII günləri yerinə yetirilir: «Bakıdan Naxçıvana bir istiqamətdə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 50 manat, əcnəbi vətəndaşlar üçün isə 65 manat təşkil edir. Bakı-Gəncə aviareysinə biletin qiyməti vətəndaşlıqdan asılı olmayaraq 30 manat, Naxçıvan-Gəncə aviareysinə biletin qiyməti isə 39 manat təşkil edir».Mövsümi amillə əlaqədar Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə uçan sərnişinlərin az olması səbəbindən sözügedən aviareyslərin yerinə yetirilməsi AZAL tərəfindən müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, hazırda Lənkəran hava limanından Rusiyanın «UTair» aviaşirkəti Moskvaya uçuşlar yerinə yetirir. Bakı-Lənkəran və Bakı-Zaqatala aviareyslərinə biletin qiymətinə gəldikdə isə, bundan öncə sözügedən marşrutlara bir aviabiletin qiyməti müvafiq olaraq 41 manat və 52 manat olub.Açılması planlaşdırılan Bakı-Qəbələ aviareysinə biletin qiymətinin nə qədər təşkil edəcəyinə gəldikdə, M.Səfərli bildirib ki, qiymət Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.Qeyd edək ki, hazırda bütün daxili aviareyslər Fransa istehsalı olan «ATR» tipli avialaynerlərlə yerinə yetirilir.Xatırladaq ki, Azərbaycanın regionlarında yerləşən hava limanlarından həmçinin beynəlxalq aviareyslər həyata keçirilir. Belə ki, hazırda Lənkərandan Moskvaya, Naxçıvandan İstanbula, Gəncədən isə Sankt-Peterburqa uçuşlar yerinə yetirilir.

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 1184 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı