Xeyirli və zərərli qidalar

Tarix: 17.05.2024, 13:01 Пожаловаться

 

Bəli doğrudur, alış-veriş siyahınız, ediləcəklər siyahınızla birbaşa əlaqəlidir. Çünki yeməklər, bədəninizdəki ən acgöz enerji istehlakçısına, yəni beyninizə, atəşə odun atar kimi təsir edər. Journal of Physiology bülletenində nəşr olunan araşdırmaya görə, bədən ağırlığımızın yüzdə 2ini meydana gətirən beynimiz, enerjimizin yüzdə 20inə əl qoyur. Qida mütəxəssisləri David Zinczenko və Matt Goulding, bu araşdırmada hazırladıqları siyahıyla, doğru qida seçimləriylə məhsuldarlığın yüzdə 200 artırıla biləcəyini ifadə edir. Bu siyahıdakıları yesəniz, ruh sağlamlığınızda çöküşü dayandırıb, yaddaşınıza qüvvət verə bilər, özünüzü yaxşı hiss etdirən hormonlarınızı hərəkətə keçirə bilərsiniz. Budur o yeməklər:

Tez yaddaş üçün

Bunu için: Qəhvə
Təzə bir qəhvə ən öndə gələn beyin yanacağıdır. İngilis araşdırmaçılar, yalnız bir stəkan qəhvənin diqqəti toplamaya kömək etdiyini və problem həll etmə qabiliyyətini artırdığını tapdılar.

Uzaq durmalısınız: Çox qəhvə və enerji içkiləri
Heç həyatınızda hər hansı bir şeyin həddindən artığının yaxşı olduğunu eşitdinizmi? Qəhvə də elədir. Enerji içkiləri və həddindən artıq qəhvə ən başda yuxu nizamını pozar. Yuxu, beyin kompüterinizin özünü "restart" etdiyi zamandır. Nizamlı etməsəniz, proqramlar qarışar ya da donar, kilidlənər.

Bundan uzaq durun: Tam yağlı qidalar və dondurma
Bütün yağlar bərabər yaradılmamışdır. Bol yağlı yeməklərdən uzaq durun. Bol yağlar, beynə qan və yemək daşıyan damarları tıxayar.Təəssüf ki,dondurma da beynə yaxşı gələn bir yemək deyil.

Sakitləşmək üçün

Bunu yeyin: Az yağlı qatıq ya da fındıq-qoz
Slovakiyalı elm adamları, iki qrup insandan ilk qrupa 3 qram lysine və arginine amin turşususu, ikinci qrupa isə bunun saxtasını verdilər. Stress hormonlarının qan ölçümləri, amin turşusu verilən qrup üzvlərinin ikinci qrupa görə danışma müddətində və sonrasında yarı yarıya daha az həyəcanlı olduqlarını ortaya qoydu. Qatıq ən yaxşı lysine qaynağıdır. Qoz fındıq paketi əslində arginine amino turşusu ilə doludur.

Bundan uzaq durun: Limonad - kola
Amerikan Cəmiyyət Sağlamlığı Bülletenində nəşr olunan bir araşdırmaya görə gündə 2 yarım qutu kola ya da limonad içənlərin, bunları nadir içənlərə görə 3 qat daha çox depressiya və narahatlıq yaşayır. Yəni kolaya fasilə verin.

Konsentrasiya üçün

Bunu için: Nanə çayı
Araşdırmalara görə nanə qoxusu konsentrasiyanı inkişaf etdirir. Bir araşdırmaya görə, nanə qoxusu sürücüləri daha diqqətli və daha az həyəcanlı edir.

Bundan uzaq durun: Şirniyyat
Şəkərli yeməklər, glükoza nisbətini birdən artırar. Uzun vədədə, bir düşüb bir azalan şəkər nisbəti, şüurunuzu bulanıqlaşdırar

Kef və təbəssüm üçün

Bunu yeyin: İspanaq
İspanaq kimi B vitamini zəngini lifli yaşıllıqlar, kef hormonlarını doldurur. Elmi araşdırmalar B6 vitamini əskikliyinin əsəbiyyət, tündxasiyyətlik və hətta depressiya səbəbi ola biləcəyini göstərir.

Bundan uzaq durun: Ağ şokolad
Əslində saf kakao ehtiva etmədiyi üçün ağ şokolad şokolad belə deyil. Bu səbəbdən normal şokoladın serotonin təsirini boş yerə gözləməyin. Mütləq ki şokolad yeyəcəksizsə, həqiqisini, yəni tünd rənglisini yeyin. Ancaq çox kakao çox xoşbəxtlik kimyası deməkdir. Yəni bu çıxışın eyni sərtlikdə enişi var bir də...=))

İti duyğular üçün

Bunu yeyin: Bir qaşıq kətan toxumu
Kətan, beyində həzz də daxil romantik informasiyanın inkişaf etdiyi korteksin işini gücləndirən sağlam yağ alphalinoleic maddəsin tərəfindən ən zəngin qidadır. Hisslərinizin güclənməsi üçün salata səpərək ya da içkinizlə qarışdıraraq istehlak edə bilərsiniz.

Bundan uzaq durun: Spirt
Spirt və qavrama bir-birinə tərs şeylərdir.
Biri varsa digərini unudun! =))

 Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 2312 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı