TQDK Təhsil Nazirliyinə təklif verdi

Tarix: 17.05.2024, 11:53 Пожаловаться


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomları ilə bağlı təklif verib TQDK sədri Məleykə Abbaszadə "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatında çıxış edərkən bildirib ki, diplomları tanınan şəxslər haqqında məlumatları sistemə daxil etmək mümkündür.

"Həmin məlumatları daxil etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini bitirdikdən sonra diplomların tanınması prosesi Təhsil Nazirliyi tərəfindən aparılır. Bizdə bu barədə məlumat yoxdur", - Abbaszadə qeyd edib.

O bildirib ki, öz maliyyə vəsaitləri hesabına xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları da sonda diplomlarını tanıtmaq üçün Təhsil Nazirliyinə müraciət edirlər. Buna görə də həmin şəxslər barəsində də məlumatlar Təhsil Nazirliyində cəmləşir.

Bu təklifi cavablandıran təhsil nazirinin müavini Qulu Novruzov isə deyib ki, Azərbaycandan kənarda ölkələr arasında bağlanılmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində və Rusiya, Türkiyə kimi tərəfdaş ölkələrdə Azərbaycanın verdiyi təqaüdlər hesabına Azərbaycan vətəndaşları xaricdə təhsil alır.

Nazir müavini hesab edir ki, dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların bu sistemdə yerləşdirilməsi məsələsi birgə müzakirə edilməlidir.

Teq: tqdk

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 989 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı