"Azərcell"lə "Bakcell"in növbəti məhkəməsi

Tarix: 17.05.2024, 11:49 Пожаловаться

"Bakcell” MMC və "Azercell Telekom” MMC şirkətlərinin növbəti məhkəməsi aprelin 18-nə təyin olunub.
   Qeyd edək ki, aprelin 4-dən etibarən Ali Məhkəmədə hər iki mobil operatorun kasasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.
 
   Xatırladaq ki, əvvəlcə "Baksell Ltd” MMC şirkəti "Azercell Telekom” MMC şirkəti ilə aralarında bağlanan operatorlararası arabağlantı tarifi üzrə müqaviləyə əlavənin bağlanmış hesab olunması, qarşılıqlı hesablaşma aktlarının etibarsız sayılması və vurulmuş zərərin tələb edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddiada göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu aprel ayından etibarən arabağlantı tarifinin 2 qəpik səviyyəsində tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin "Azercell Telekom” MMC tarif qiymətini dəyişdirməyib. Bunun nəticəsində şirkətə maddi ziyan dəyib.
 
   Məhkəmə "Bakcell Ltd” MMC-nin şikayətini təmin edərək, arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və "Azercell Telekom” MMC tərəfindən iddiaçıya yaranmış borcun ödənilməsi barədə qətnamə qəbul edib.
 
   Bundan narazı qalan "Azercell Telekom” MMC apelyasiya şikayəti verib və Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək, yeni qətnamə çıxarıb. Həmin qətnamə ilə razılaşmayan şirkətlər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Forbaku.net

Teq: mehkeme

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Xəbərlər Baxış Sayı: 1075 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: Angel
19.06.2012, 20:50 1 57

Melumatcun tewekkurler......

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı