Dünyanın ən yaxşı universitetlərinin adı açıqlandı (SİYAHI)

Tarix: 17.05.2024, 14:44 Пожаловаться


Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını tərtib edən QS şirkəti 2011/2012-ci ilin ən yaxşı 300 universitetinin adını açıqlayıb

"Mərkəz”in məlumatına görə, siyahıya Böyük Britaniyanın Kembri Universiteti başçılıq edir, halbuki son illərdə birincilik ABŞ-ın Harvard Universitetinə aid idi. Universitetlərin qiymətləndirilməsi altı göstərici üzrə aparılıb. Əsas göstəricilər kimi ali məktəbin akademik mühitdə tanınması, işə götürənlərin universitetin məzunlarına münasibəti, universitetin əməkdaşlarının nəşrlərinin sayı, müəllimlərin və tələbələrin say nisbəti, o cümlədən universitetdə xarici müəllimlərin və tələbələrin nisbi sayı götürülür. Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb. Ölkəmizin ən böyük təhsil ocağı olan Bakı Dövlət Universiteti cədvəlin 1951-ci pilləsindən 1837-ci sırayadək irəliləyib.
Qeyd edək ki, ən yaxşı 2000 universitetdən 413-ü ABŞ-da yerləşir. Bu rəqəm keçən il 459-a bərabər idi. Siyahıda Türkiyənin 67 ali təhsil ocağı da yer alıb. Ən yüksək nəticə isə "İstanbul” universitetinə məxsusdur – 383-cü pillə.

Siyahının ilk 10-luğu

1. Kembrij Universiteti
2. Harvard Universiteti
3. Massaçusets Texnologiya İnstitutu
4. Yel Universiteti
5. Oksford Universiteti
6. London İmperial Kolleci
7. London Universitet Kolleci
8. Çikaqo Universiteti
9. Pensilvaniya Universiteti
10. Kolumbiya Universiteti.

Ölkəmizdə isə ilk 5-liyə düşən ali təhsil müəssisələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2. Azərbaycan Dövlət Tibb Universiteti
3. Qafqaz Universiteti
4. Azərbaycan Dövlət Neft Akademiyası
5. Azərbaycan Turizm İnstitutu


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 788 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı