Bu ölkədə seks qadağan edildi

Tarix: 26.04.2024, 03:38 Пожаловаться
Uqandada səhiyyə rəsmiləri ölkənin qərbində yayılan "Ebola” virusundan ölənlərin sayının 14-ə çatdığını bildirib.



Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, dövlət rəsmiləri və Dünya Səhiyyə Təşkilatının təmsilçiləri tərəfindən paytaxt Kampalada təşkil edilən mətbuat konfransında bildirilib ki, "Ebola” virusu sürətlə yayılır.



İlk dəfə 1976-cı ildə Konqoda müşahidə edilən və adı Afrikadakı çaylardan biriylə bağlı olan "Ebola” virusunun əlamətləri ishal, qanaxma, dərinin qopması, yüksək hərarətdir. Yoluxucu olan və insanı sürətli şəkildə öldürən virus nəzarət altına alınmasa, daha da dəhşətli ölümlərə səbəb olur.

"Ebola” virusu Dünya Səhiyyə Təşkilatı tərəfindən ən dəhşətli xəstəliklər kateqoriyasına aid edilib.

Müalicəsi və peyvəndi olmayan "Ebola” virusundan 2000-ci ildə Uqandada 224 nəfər həlak olmuşdu.



Ölkədə xəstəlik müşahidə edildikdən sonra Uqanda prezidenti Yoveri Museveni fiziki təması kəsmək barədə əhaliyə müraciət edib.

Xəstəliyin müalicəsinin qısa müddət ərzində tapılmayacağını deyən prezident xalqa əllə görüşməmək, öpüşməmək və sekslə məşğul olmamaq barədə tövsiyyə verib.


Teq: seks

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 955 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı