Bu gün “Yer Saatı” günüdür

Tarix: 17.05.2024, 14:41 Пожаловаться


Aksiya Bakıda da geniş vüsət alır

Bu gün dünyanın bir çox ölkələrində "Yer Saatı” aksiyası keçirilir. BBC-nin verdiyi məlumata görə, aksiya saat 20:30 radələrində işığı söndürməklə elektrik enerjisindən məhrum olan planet sakinləri ilə həmrəylik nümayiş etdirməyi nəzərdə tutur.

Ümumdünya Vəhşi Təbiət Fondunun təşkil etdiyi aksiya bir çox Avropa və Amerika ölkələrində keçiriləcək. Bir çox ölkələrdə "Yer Saatı” aksiyasına xüsusi önəm verildiyi də məlumdur. Məsələn, 2007-ci ildə Sidney şəhərində 2 milyona yaxın insan elektrik enerjisindən məhrum olanlarla həmrəylik nümayiş etdirmək üçün işıqları söndürüb. Rekord isə Filippinin paytaxtı Manilaya məxsusdur. 2011-ci ildə Manilada eyni vaxtda bütün evlərdə işıqlar sönüb. Sonradan isə məlum olub ki, bu, sakinlərin təşəbbüsü ilə olmayıb, yerli elektrik stansiyasındakı problemdən qaynaqlanıb.

"İrəli” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, planetin qorunmasına dəstək olaraq həyata keçirilən kampaniya çərçivəsində Bakı şəhərində "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Qız Qalası, Şirvanşahlar Sarayı, "Park Bulvar”, "Hilton Otel”, "Bridge Plaza”, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları bir saatlıq söndürüləcək. Paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıcda da bu kampaniyaya qoşulacaqlar.

Ölkə üzrə ən böyük "Yer Saatı” aksiyası saat 20:00-da Qız Qalasının işıqlarının söndürülməsi ilə baş tutacaq.

Kampaniya müddətində bütün dünya üzrə Eyfel qülləsi, Misir ehramları, Bukinqem Sarayı, Sidney Opera Evi və digər bu kimi möhtəşəm tikililərin işıqlanması bir saat müddətində dayandırılıb. Bu il kampaniyaya 147 ölkədən 5000 şəhər qatılacaq.

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 1036 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı