Bakının ən bahalı və ən ucuz supermarketləri - TOP-10

Tarix: 02.05.2024, 19:58 Пожаловаться


Başlıq belədə ola bilərdi: qəpiyə güllə atan alıcı, o qəpiyə təpiy atan sahibkar. Marketologların insanlar üzərində yaratdıqları süni ehtiyacdan yaralanan istehsalçılar və supermarketlər müştərilərinin ciblərinə düşmən kəsilib. Insanlar əvvələr özlərinin ehtiyacı qədər alış-veriş edirdilər xırda dükan və mağazalardan amma hal-hazırda supermarketlər artdıqları üçün və keçrilən xırda promosyonlar və insanların marağı onların aldanmasına səbəb olur. Supermarketə çörəy almağa və yaxud şəkər tozu, yağ və s. kimi zəruri ehtiyac dalınca girən insan kassir xanımın sünü təbəssümü altında ağzından çıxan kiçik həriflərlə 50-manat deməsi ilə ayılır. Bu ən yaxşı halıdır, uşaq və yaxud xanımı ilə daxil olan şəxsi isə daha ağır nəticələr gözləyir. Məhsulların qablaşdırılmasında olan gözəlliy və daim yenilik axtaran insan nəfsi, yeni dad, ləzzət axtarışında olan insan gözü və mədəsi müştərini əlini vitrinə ordan səbətə atmaq sonraki mərhələdəsə kassa önündə kiçik infaktlarla nəticələnir.

Hansı supermarketdə qiymət ucuzdur? 

Ərzaqları və gündəlik təlabat məhsulların hansı marketdən daha ucuz əldə etmək olar?
Necə etmək oları supermarketlərin qiymət oyunlarının qurbanı olmayaq?
Supermarketlərin ucuz olma səbəblərin daha öncəki yazımda bildirmişdim (http://www.azxeber.com/index.php?action=static_detail&static_id=16558) bunlar: satış dövriyyəsi, dilleri olduğu məhsullar, istehsal etdiyi məhsullar, bunlardan əlavə olaraq qiymətə təsir edəcək səbəb rəqiblərin eyni ərazidə yerləşməsidir. Buna misal olaraq 9-cu mikrorayona gedən yolda, yolun sağ və solunda ard-arda yerləşən supermarketlərin necə qiymət müharibəsi apardığının şahidi ola bilərik. Hədda deyərdimki bir marketin işçisi diyər marketdə keşik çəkir nəsə hansısa məhsulda artım-azalım olan kimi öz "stock” na baxaraq, diyəri qiymət siyasətin təyin edir. 


Qiymət ucuzluğuna və bahalılığına görə SM-lərin siyahısı aşağıdakı kimidir.

Ucuz və Bahalı Supermarketlərin siyahısı 

Top 10


S/s Ən Ucuz Supermarketlər 

1. Favorit
2. Bolmart
3. Bazarstore
4. Ən ucuz market
5. Bizim
6. Sarı
7. Makro Market
8. Səbət
9. Dəniz
10. Araz

S/s Ən Bahalı Supermarketlər
1. Kontinental
2. Citimart
3. Life
4. Ailə
5. Neptun
6. Rahat
7. Lider-As
8. Çinar
9. New world
10 Gastranomy

Sıralanan marketlər müəyyən və müxtəlif çeşidlərlə müəyyənləşdirilməyib ümum olaraq 6-ay ərzində keçrilən manitorinqlər nəticəsində təyin olunmuşdur.

Supermarketlərdə qiymətdən söz düşərkən əlbətdəki hər kəsin ağlına vitrində olan sonu 9(doqquzla) bitən qiymətlər gəlir. Biz uşaqlıqdan yuvarlaq rəqəmlərə öyrəşdiyimiz üçün bu bizlərə biraz qəribə görsənir, bəziləri hədda bunun manipulyasiya olduğunu düşünərək müştərini aldadmağa yönələn bir vastə olduğunu düşünür. əvvəllər rəqəmlər adət etdiyimiz kiçik mağazalarda 20-q, 50-q, 1-manat, 1.30-q, 1.70-q, 2,60-q. kimi yuvarlaq olaraq gedirdisə hal-hazırki bazarda kimisi bilərək, kimisi bilməyərək, kimisi məhsulun üzərinə qoyduğu satış faizinin əlavəsindən, kimisi müştəriyə psixoloji təsir göstərməkçün və s. səbəbdən qiymətləri 18-q, 43-q, 0.89-q, 1.29-q, 1.75-q, 2.69-q və s kimi vitrinlərə düzür. Hədda konpaniyalar zamanı üzərindən xət çəkilmiş qiyməti şişirərək indiki qiyməti ucuz göstərənlərdə var. Məs: normal qiyməti 6.20 Azn olan yağı, konpaniya edərək əvvəlki qiymətin 7.10-q, konpaniyadan sonraki qiymətinsə 6.19 göstərirlər və beləliklə müştəridə belə bir təsürat oyadırlarki indi almasan, 5-gün sonra 1-manat bahasına alacaqsan. 

əziz oxucular bir vacib məqamıda qeyd etmək istərdimki bu sizə yaşam boyunca lazım olacaq, çox faydalı bir bilgidir. Çalışın hər zaman alış-verişi aylıq edəsiniz, bu sizin bücənizə dəyər, vaxtınıza qənaət, evinizədə bərəkət gətrəcəkdir. Həmdə siz bu qəpiy qalıqlarının büccənizə nə dərəcədə önəmli gəlir qatdığını görəcəksiniz. 

Diqqət: hər bir sektorda olduğu kimi supermarket sektorundada yazılmayan qaydalardan biridə odurki, əyər siz hər hansı bir məhsulu vitrindən aldığınız vaxt 2.50-yə görüb almısınızsa, sonra kassada həmin məhsul 2.70-yə olarsa, siz onu 2.50-yə almaq haqqına sahibsiniz, və yaxudda eyni məhsul kassadan 2.40-yə keçirsə, siz onu 2.40-yə almaq haqqına sahibsiniz, hər zaman ən aşağı qiyməti seçmə haqqına sahibsiniz, əyər bu vəziyyətə mağaza tərəfindən etiraz bildirilərsə, sizə məsləhətim bir daha o mağazaya girməyin, çünki həmin mağaza sizin pullarınızla varlanır amma sizə dəyər vermir. Sizə dəyər verən marketi seçin çünki "Müştəri hər zaman haqlıdır”


ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Xəbərlər Baxış Sayı: 1642 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı