ATV mayın 1-dən yeni teleserial təqdim edəcək!

Tarix: 17.05.2024, 14:41 Пожаловаться


Azərbaycan tamaşaçılarının diqqətini ölkədə istehsal olunan milli filmlərlə cəlb etmək məqsədi ilə mayın 1-dən milli telekanallarda xarici ölkələrin istehsalı olan serialların nümayişi dayandırılacaq. Bununla bağlı artıq yerli telekanalların hər birinə yarım milyon vəsait ayrılıb. Azad Azərbaycan Televiziyası (ATV) özünün istehsal etdiyi seriallarının yayımına başlayacaq. Telekanalın mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu Lent.az-a açıqlamasında bildirib ki, ATV Milli Televiziya və Radio Şurasının məlum qərarını əsas tutaraq, mayın 1-dən xarici serialların yayımını dayandıracaq. Əvəzində isə telekanalın istehsalı olan yeni serialların nümayişinə başlanılacaq: "Yaranan boşluğu doldurmaq üçün telekanalımızın çəkdiyi yeni serial nümayiş olunacaq. İlk olaraq, melodram janrında çəkilmiş "Pərvanələrin rəqsi” serialı təqdim göstəriləcək”.


Vaqif Aydınoğlu bildirib ki, təqdim edəcəkləri ikinci film "Sirr” adlanır. Əvvəlki serial kimi melodram janrında çəkilən bu film isə yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək: "Yay aylarında bir çox veriliş tətilə çıxır. İzləyici azaldığı üçün bu filmi sentyabr ayının 1-dən təqdim edəcəyik”.

Qeyd edək ki, rejissoru Rövşən İsax olan "Pərvanələrin rəqsi” serilında ailə münasibətlərinə toxunulub. Filmdə xalq artistləri Ramiz Novruzov, Pərvanə Qurbanova, əməkdar artist Şövqi Hüseynov, aktyorlardan Şəbnəm Hüseynova, Anar Heybətov, İntiqam Soltan, Fidan Axundova, o cümlədən Kənan MM də görünəcək. Artıq 20-dən çox seriyası çəkilən bu film 100-ə yaxın seriyadan ibarət olacaq.

Teq: ATV

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 977 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı