ABŞ-ın Məkkəni bombalamaq planı - ŞOK

Tarix: 03.05.2024, 01:34 Пожаловаться


ABŞ Müdafiə Nazirliyinin kursantlara İslamla müharibə mövzusunda dərs keçdiyi ortaya çıxıb.

Publika.Az-ın məlumatına görə, bu dərslərdə İslamın müqəddəs məkanlarının bombalanması da tədris olunurmuş.

Bir müddət əvvəl Amerika əsgərlərinə İslam düşmənçiliyini alovlandıran dərslərin keçirildiyi, lakin Pentaqon tərəfindən aprel ayında qadağan olunduğu bildirilmişdi.

Ancaq kursantlara İslam düşmənçiliyinə dair dərslərin məzmunu barədə məlumat verilməmişdi.

Noah Shachtman və Spencer Ackerman adlı jurnalistlərin ələ keçirdiyi dərsliklərdə şok faktlar yer alıb.

"Wired" adlı jurnalda yayımlanan xəbərə görə, amerikalı komandir müsəlmanların 1.4 milyarda çatdığını bildirərək, Amerikanı müsəlmanlardan qorumaq üçün Xirosimada olduğu kimi atom bombası atılmasının vacibliyini deyib.

Virciniya ştatında yerləşən məktəbdə polkovnik Metyu Dooleyin keçdiyi dərslərdə son illər Qərb dünyasında artan İslam düşmənçiliyinə nümunə ola bilər.

İslamı barbarlıqda ittiham edən Dooley dərslərində müsəlmanları döndərmək üçün 4 mərhələli müharibə planı təklif edib. İslamı azğın din kateqoriyasına aid etməyi təklif edən polkovnik Səudiyyə Ərəbistanını ac saxlamağın vacibliyini bildirib. Dooley Xirosima və Naqasakidəki nüvə hücumlarının Məkkə və Mədinədə təkrarlanmasını istəyib.


ForBaku.Net

Teq: mekke

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Xəbərlər Baxış Sayı: 1155 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı