Novruz falları

Tarix: 20.05.2024, 10:10 Пожаловаться



Axırıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan axar sudan "lal su”gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

 

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a” deyə səs çıxarmışdır.

 

Qapı pusmaq

 Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitce pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

 

Duzlu kökə yemək

 Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.


 Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

 Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.(mən 100% qorxacam:))

 Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.


 Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

 

Yumurta və karandaşlar

 Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.

 

Sevgilinin adı

 Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.

 

Alma falı

 Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

 

Xeyir-Şər

 Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çop "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.


Başmaq falı

 Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qiz bu il nişanlanacaq.

 

Sap falı

 Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir.Əgər aça bilməsə, deməli, əksinə.

 

Stəkan falı

 2 stəkan qoyulur. Stəkanlardan birini seçib arzu tutursan.Əgər suyu arzu tutub seçdiyin stəkana tökərsən,arzun yerinə yetəcək.



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 1721 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı