“Mayın 1-dən Azərbaycanda bütün xarici seriallarının yayımı dayandırılacaq”

Tarix: 20.05.2024, 10:44 Пожаловаться


MTRŞ sədri: "Telekanallar işlərini xaricdə istehsal edilən filmləri göstərməklə bitmiş hesab etməli deyil”


Milli Televiziya və Radio Şurası (MTRŞ) mayın 1-dən ölkə ərazisində türk seriallarının yayımının dayandırılmayacağına dair səslənən fikirlərə münasibət bildirib. APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, MTRŞ-nın qadağası ancaq xarici teleseriallara aiddir: "Biz xarici bədii televiziya filmlərinə qadağa qoymamışıq. Məsələn, Türkiyənin "Çalıquşu” filmi teleserial deyil, bədii televiziya filmidir. Və yaxud "Baharın 17-ci anı” kimi çoxseriyalı bədii televiziya filmləri var. MTRŞ-nın qoyduğu qadağa onlara aid deyil. Təbii ki, telekanallar bədii televiziya filmlərini dublyaj edib göstərər biləcək. Amma telekanallar gərək dublyaj prosesinə daha diqqətlə yanaşsın və dublyajın keyfiyyətini artırsın”.


MTRŞ sədri deyib ki, mayın 1-dən ölkə ərazisində xarici, o cümlədən türk teleseriallarının yayımı birmənalı şəkildə dayandırılacaq: "Telekanallar öz işlərini buna uyğun qurmalıdır. Bununla bağlı hər hansı əlavə fikir formalaşdırmaq doğru deyil. Bu, bizim tərəfimizdən qətiyyətlə pislənilir. Xarici serialların dayandırılması məsələsi bu ildən başlamayıb. Hələ ötən ildən biz bununla bağlı telekanallarla mütəmadi görüşlər keçirmişik. 1 ildən artıqdır ki, bu məsələ müzakirə olunur. Telekanalların da borcu idi ki, bu işə hazır olsun. Onların bəziləri bu məsələni uzatmaq və özlərinə hər hansı əziyyət vermək istəmir. Amma telekanallar cəmiyyət qarşısında məsuliyyət daşıyır. O məsuliyyətin biri də Azərbaycan tamaşaçılarını Azərbaycanda istehsal olunan filmlərlə təmin etməkdir. Telekanallar işlərini xaricdə istehsal edilən filmləri göstərməklə bitmiş hesab etməli deyil”.

Forbaku.net

Teq: MRTS

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 981 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı