Gəncədə eşşəyə abidə qoyulub

Tarix: 20.05.2024, 10:10 Пожаловаться


Modern.az-ın verdiyi məlumata görə Gəncə şəhəri İcra Hakimiyyəti yerli sakinlərin narazılığına səbəb olan bir addım atıb. Belə ki, Gəncənin mərkəzi küçələrindən biri olan Cavadxan küçəsində eşşəyə heykəl qoyulub.
Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmiləri bildiriblər ki, şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində uzunqulaq abidəsinin qoyulmasında qəbahət görmürlər.

Gəncə sakinləri isə Azərbaycanın ikinci böyük şəhərində belə bir abidəinin qoyulmasından narazı qaldıqlarını vurğulayıblar.

Xatırladaq ki, ötən ilin yayında Şamaxı rayonunun girişində - Həmyə kəndinə gedən yolda eşşək arabasında kəndli heykəlinin qoyulması ciddi narazılığa səbəb olmuşdu. O zamana Şamaxı rayonu İcra Hakimiyyətinin rəsmiləri açıqlama verərək bildirmişdilər ki, həmin heykəl qədimliyi tərənnüm edir və hansısa məna axtarmaq mənasızdır.
Amma ölkədə böyük səs-küy doğuran bu hadisə sonra heykəlin uçurulması iləı yekunlaşdı. Şamaxı rayonu İcra Hakimiyyətinin "qədimliyi tərənnüm edən abidə kompozisiyası” adlandıdığı eşşək heykəli bir "Kamaz” sürücüsü tərəfindən bilərəkdən, ya bilməyərəkdən dağıdıldı. Bu mövzü uzun müddət aktuallığını itirmədi.

Forbaku.net

Teq: gence

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 912 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı