Dəhşət: Sumqayıtda orqan mafiyası peyda olub

Tarix: 09.05.2024, 17:37 Пожаловаться


Son günlər 10-a yaxın uşağın oğurlanaraq, orqanlarının çıxarılması barədə məlumatlar yayılıb

Sosial şəbəkələrdə Sumqayıtda dəhşətli hadisələrin baş verməsi haqda tükürpədici xəbərlər yayılıb.

Gunxeber.com-un məlumatına görə, bu xəbərlər uşaqların kütləvi şəkildə oğurlanaraq onların orqanlarının çıxarılması ilə bağlıdı. Sumqayıt sakinləri tərəfindən paylaşılan həmin məlumatlardan bir neçəsini təqdim edirik:

”Sumqayıtda böyük bir bəla yaşanr. Uşaq oğurlayıb onların orqanlarını satan əclaflar günü-gündən öz işlərinin sayını artırırlar. İctimai yerlərdə hər gün eyni söhbətlər…. Dünən zibil qutusundan orqanı çıxarılmış uşaq tapılıb. Yenə başqa biri, qonşumuzun 8 yasında usağının içini çıxarıb ovcuna 100 manat qoyub, qapılarına gətiriblər. Dəniz kənarından da iç-içalatı çıxarılan 6 yaslı uşaq tapılıb. Başqa bir uşağın orqanlarını çıxarıb qutuda bloklarına qoyublar.  Beləcə 10-dan çox uşaq qurbana çevrilib. Artıq biz uşaqlarla həyətdə gəzməkdən belə çəkinirk. Çünki elə birini həyətdən nənəsinin yanından oğurlayıblar”.

Başqa bir Sumqayıt sakini isə statusunda yazıb ki, şəhərdəki məktəblərdə şagirdlərə valideynsiz məktəbə gəlməmək tapşırılıb: "Çünki artıq Sumqayıt məktəblərindən 9 uşaq itib”.

Digər bir Sumqayıt sakininin  isə yazıb ki, böyrəyinin biri çıxarılan uşağının ailəsinin susması barədə söz-söhbət gəzir.


ForBaku.Net




Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 1721 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı