Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür

Tarix: 09.05.2024, 08:09 Пожаловаться


19 il əvvəl ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi

1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyir. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edir. Vəziyyət nəzarətdən çıxır. Ətraf rayonların icra başçıları zorla dəyişdirilir. Surət Hüseynovun etiraz aksiyası məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya geniş miqyas alır. Artıq vətəndaş müharibəsi başlanmışdı. Ölənlər və yaralananlar var idi. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan iqtidarın yeganə çıxış yolu qalır-Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.


mənbə: anspress.com


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 912 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı