Bakı meriyası əhalini şənliyə dəvət edir

Tarix: 09.05.2024, 17:05 Пожаловаться


Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və qonaqlara müraciət edib. BŞİH-dən Lent.az-a verilən məlumata görə, müraciət martın 13-də şəhərdə keçiriləcək ilaxır çərşənbəsi mərasimi ilə əlaqədardır. Müraciətdə deyilir:

"Hörmətli paytaxt sakinləri, əziz qonaqlar! Xalqımızın milli bayramı olan Novruz bayramı tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən martın 13-də ilaxır çərşənbə münasibət ilə 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu "Atəşgah” məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı"na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq. "Gənclər meydanı"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq. BŞİH bütün əhalini ilaxır çərşənbə münasibəti ilə təbrik edir və bayram şənliyində iştirak etməyə dəvət edir”.

Qeyd edək ki, şənliklə əlaqədar 12 mart 21:00-dan, 13 mart saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı" istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 1150 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı