Azərbaycanda analoqu olmayan asma körpü inşa edilir

Tarix: 20.05.2024, 07:15 Пожаловаться



Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, bu körpü Ələt-Astara magistral yolunun tikintisi ilə əlaqədar salınır. Həmin istiqamətdə iki körpü olsa da, yalnız birindən istifadə olunur. Məhz işlək körpünün üzərindən nəqliyyat vasitələri Ələt-Astara istiqamətində hərəkət edə bilir.

Mürəkkəb konstruksiyaya malık olan yeni körpünün tikintisi "Azərkörpü” açıq səhmdar cəmiyyəti tərəfindən həyata keçirilir. Tikinti meydançasına 30-dan çox müxtəlif təyinatlı texnika və 220 nəfərlik işçi qüvvəsi cəlb olunub. Bunların da əksəriyyəti körpüsalma sahəsində əsl mütəxəssislərdir. Çuxanlı kəndi ərazisində tikilən yeni körpünün uzunluğu 361 metr, asma hissəsi isə 150 metr olacaq. Bundan başqa, körpünün 5 aşırımlı olması nəzərdə tutulub. Kür çayının sağ və sol sahilini birləşdirəcək yeni körpünün eni 30 metr olmaqla 4 zolaqlı yoldan ibarət olacaq.

Azərbaycanda analoqu olmayan bu asma körpü ən yeni standartlara cavab verəcək. Qısa müddətdə "Azərkörpü”nün mütəxəssisləri tərəfindən xeyli iş görülüb. Yeni körpü bir sıra özəllikləri və üstünlükləri ilə digərlərindən fərqlənir. Hazırda 6 dayaqdan 3-ü tam hazırdır, digər dayaqlarda da son tamamlama işləri görülür. Smeta layihə dəyəri 35 milyon manat olan yeni asma körpünün 2013-cü ilin əvvəlinə kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulub. O vaxta kimi Ələt-Astara magistral yolunun yeni hissəsinin də tikintisi tam başa çatdırılacaq.


ForBaku.Net

Teq: korpu

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Azərbaycan Baxış Sayı: 891 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı