Röya Ayxan ən bahalı klipini çəkdirdi

Tarix: 20.05.2024, 10:10 Пожаловаться


Müğənni Röya Türkiyədəki klip çəkilişlərini başa vuraraq Azərbaycana qayıdıb. Bu barədə Lent.az-a məlumat verən Röyanın prodüseri Kənan bildirib ki, klip sözləri Cavid Qurbanov, musiqisi Nailə Mirməmmədlinin bəstəsi olan "Unutmaq istədim” adlı mahnıya çəkilib.

Klipi Güney Azərbaycandan olan, Türkiyədə yaşayan Əmir Xəlilzadə ekranlaşdırıb. Prodüser çəkilişlərə sərf olunan vəsaiti açıqlamasa da, klipin həddən artıq baha olduğunu deyib: "Qiyməti tam açıqlamayacağam. Sadəcə onu deyə bilərəm ki, bu indiyədək Röyanın klipləri arasında ən bahalısıdır ”.

Prodüser klipin süjet xəttindən də danışıb: "Klipin çox maraqlı bir süjeti var. Röya burada ifaçı kimi görünəcək. Ancaq klipdə bir neçə aktyorlar rol alıb. Onlar İngiltərə və Rusiyadan dəvət olunublar”.

Kənan rejissor heyətinin işinə heyran qaldıqlarını deyib: "Onların gördükləri iş bizi həqiqətən heyran edib. Çünki işlərini peşəkar görürlər. Bizim rejissorlardan fərqli olaraq xərclədikləri hər qəpiyin hesabatını aparırlar. Bu, adama xoş gəlir. Bilirsiniz ki, Türkiyədə klip çəkilişlərində yaranan problem ən birinci məkan seçimidir. Həmin rejissor bizim üçün elə bir yer tapdı ki, biz onlara "əhsən” dedik. Yaxşı iş bacaran insanlarla çalışmaq insana zövq verir ”.

Teq: Roya

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 837 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı