Rəqsanənin atası ondan imtina edib

Tarix: 20.05.2024, 07:15 Пожаловаться


ATV telekanalında nümayiş olunan "Səni axtarıram” verilişində atasının axtarışına çıxan müğənni Rəqsanə İsmayılova xəyal qırıqlığına uğrayıb.

Müğənni ötən həftə atasını tapmaq ümidi ilə adı çəkilən verilişə müraciət edib.

Xeyli axtarışlardan sonra müğənninin atasının Rostovda məskunlaşdığı bəlli olub.

O, ikinci dəfə milliyətcə rus olan qadınla ailə qurub, hazırda bir oğlu və bir qızı var.

O da məlum olub ki, Rəqsanənin atası kifayət qədər imkanlı şəxsdir. Rostov məhkəməsində işləyir, bir neçə mağaza və kafe sahibidir.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Rəqsanənin atası Azərbaycanda olan övladlarından imtina etdiyini bildirib. Bu xəbəri eşidən Rəqsanə veriliş zamanı göz yaşlarını saxlaya bilməyib.

"Mən övladlıq borcumu yerinə yetirdim. Əgər nə zamansa onun mənim köməyimə ehtiyacı olsa, ona yardım əlimi uzadacam”.

Veriliş daha bir maraqlı məqamla yadda qalıb. Belə ki, proqrama zəng edən bir şəxs Rəqsanəyə "Range Rover” hədiyyə etdiyini deyib.

Müğənni adını açıqlamayan şəxsə minnətdarlıq edərək, hədiyyəsindən imtina edib. Söyləyib ki, bu verilişə bahalı hədiyyələr almaq üçün deyil, atasını tapmaq üçün gəlib.

Forbaku.net

Teq: Reqsane

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 733 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı