Manaf Ağayev aparıcını döymək istədi

Tarix: 09.05.2024, 11:46 Пожаловаться
 

"Space” telekanalında yayımlanan "Yalan-Doğru” verilişinin növbəti çəkilişində qonaq olan tanınmış müğənni Manaf Ağayev qalmaqal yaradıb. Lent.az-ın məlumatına görə, aparıcı Vüqar Hüseynovun təqdimatı ilə baş tutan verilişdə müğənni bir çox məsələyə aydınlıq gətirib. Detektora bağlanan Manaf Ağayev bizneslə bağlı ona 250 min dollar pul atıldığını etiraf edib. Bundan başqa, müğənni toyu içkili vəziyyətdə idarə etdiyi üçün məclisdən qovulmasının doğru olub – olmamağına aydınlıq gətirib. Həmçinin, müğənni Elton Hüseynovun onu söyüşlə təhqir etməsinə görə müğənnini döyməsi ilə bağlı verilən sualı da cavablandırıb. 

Manaf Ağayevi qeyri-rəsmi münasibətlərdə olmasının doğru olub - olmamağı ilə bağlı sual verilməsi müğənnini özündən çıxardıb. Detektorun naqillərini qolundan çıxaran müğənni verilişi yarımçıq tərk edib. Aparıcı ilə mübahisə edən Manaf Ağayev verilişin aparıcısına qəzəblənib. 

Müğənninin qonaq olduğu və qalmaqalla yadda qalan "Yalan - Doğru” verilişi iyunun 1-də saat 23:00-da "Space” telekanalında yayımlanacaq. 

Qeyd edək ki, verilişin informasiya dəstəyi Lent.az-a məxsusdur. 


ForBaku.Net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 1390 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı