Kamilə Babayeva subaylığın daşını atıb

Tarix: 09.05.2024, 11:11 Пожаловаться


Tanınmış teleaparıcı Kamilə Babayeva subaylığın daşını atıb.

Bir müddət əvvəl nişanlanan cütlük iyunun 6-da münasibətlərini rəsmiləşdirib. 37 yaşlı teleaparıcı 40 yaşlı sevgilisi ilə tanınmış şadlıq saraylarından birində toy çaldırıb.

Murad Arifin aparıcılığı ilə baş tutan toya xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, müğənni Elnur, Nadir Qafarzadə, tanınmış şoumen Murad Dadaşov, Azər Axşam, "Bu şəhərdə” kollektivi, "Aramızda qalsın” serialının kollektivi, televiziya aparıcıları və bir çox tanınmışlar qatılıblar.

Toyun aparıcısı müğənnilərə müraciət edib. O, bildirib ki, qonaqlar lirik mahnılar yox, şən mahnılar istəyir. Ona görə də çıxış edərkən lirik mahnılar səsləndirməsinlər. Toyda bəylə gəlin kürsüsündə başqa şəxslərin əyləşməsi diqqəti cəlb edib. Belə ki, bəylə gəlinin bir müddət kürsüdə olmamasından istifadə edən Aygün Kazımova və "Bu şəhərdə” komandasının rejissoru Müşfiq Abbasov onların yerində əyləşərək şəkil çəkdiriblər. Məclisdə iştirak edən bir çox qonaqlar da "cütlüklə” şəkil çəkdirmək üçün növbəyə düzülüblər.

Qeyd edək ki, Kamilə Babayevanın ailə həyatı qurduğu şəxs İbrahim Rzabəyov neftçi ailəsində dünyaya gəlib. Atası neft sənayesində çalışan İbrahim özü də neft şirkətlərinin birində fəaliyyət göstərir. İbrahim Rzabəyov Tibb Universitetini bitirib, daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

Allah xoşbəxt eləsin!


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 2285 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı