Faiq Ağayevin qeyri-adi şəxsiyyət vəsiqəsi - FOTO

Tarix: 09.05.2024, 16:12 Пожаловаться


Xalq artisti Faiq Ağayevin "Facebook”dakı profil şəkli geniş müzakirə mövzusuna çevrilib. "Facebook” sosial şəbəkəsində müğənni öz profil şəkilində şəxsiyyət vəsiqəsini yerləşdirib. Lakin, şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin yerində 100% F.A yazılıb.
Xalq artisti Lent.az-a açıqlamasında sözügedən məsələyə münasibət bildirib: "Facebook” sosial şəbəkəsində mənim adımdan xeyli saxta profil yaradılıb. Mən də "Facebook” istifadəçilərinə mənə aid olan həqiqi profili göstərmək üçün belə bir addım atmışam. Buna görə də, mövcud olan profilimə şəxsiyyət vəsiqəmin şəkil hissəsini yerləşdirmişəm. Lakin şəxsiyyət vəsiqəmin seriyasını həmin şəkildə olduğu kimi göstərməmişəm. Bunun səbəbi də əslində aydın olmalıdır. Dələduzların bundan istifadə etməməsi, şəxsiyyət vəsiqəmdə seriya nömrəsinin görünməməsi üçün onu bu şəkildə gizlətməyə çalışmışam. Xalqın mənə verdiyi ləqəbdən istifadə etməklə, seriyanı gizlətmişəm. Bunu dövlətimizin atributuna hörmətsizlik kimi qəbul etmək isə savadsızlıq olardı. Hətta şəxsiyyət vəsiqəsi ilə bağlı reklamlarda belə seriya nömrəsini ulduz işarələri ilə göstərirlər ki, saxtakarlığa imkan yaranmasın”.



ForBaku.Net




Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 3326 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı