Elşad Xose ilə Oksana Rəsulovanın toyundan - FOTOLAR

Tarix: 20.05.2024, 07:15 Пожаловаться


Tanınmış reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın toyunda ən yadda qalan məqamlardan biri o oldu ki, bütün qadağalara baxmayaraq toya dəvət olunan KİV nümayəndələrinin əksəriyyəti mühafizəçilərin xahişləri ilə videokamera və fotoaparatlarını qarderoba təhvil versələr də media mənsubları alternativ imkanlarını səfərbər etdilər.

Bu istəklərini gerçəkləşdirməkdə onlara elə populyar simaların da özləri kömək etdilər. Qonaqların əksəriyyətinin mobil telefonları ilə sosial şəbəkələrdə şəkillər yayımlamağa başlamaları jurnalistləri də işləməyə sövq etdi. Mobil telefonlar, həvəskar fotoaparatlar işə salındı. Milli.Az-ın əməkdaşı da fotoları həvəskar fotoaparatın köməkliyi ilə görüntüləməyi bacardı. Elşad və Oksana jurnalistlərin çəkiliş apardıqlarının şahidi olduğunu görüb, qətiyyən buna əngəl olmadılar. Zarafatlarından qalmayıb dedilər ki, "toya 600 mühafizəçi yox, bu sayda qonaq dəvət ediblər”.

Qonaqların kimliyinə gəldikdə isə toya xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artistlər Firuzə İbadova, Cavanşir Məmmədov, Baloğlan Əşrəfov, müğənnilər Samira, Sevinc Musayeva, Günel Ələkbərova, İzzət Bağırov, Azad Şabanov, Xatun, Elnarə Xəlilova, Natavan Həbibi, Roza Zərgərli, Rəqsanə İsmayılova, Murad Sadıx, Emil Bədəlov, Hacı Nazim, Günay İbrahimli, Niyaməddin Salami, Səidə Sultan, Elçin Cəfərov, Xuraman Şuşalı, Xəyalə Manaflı, Rövşən Civişov, Vüqar Muradov, Emma Ələkbərzadə, teleaparıcılar - Emin Musəvi, İlkin Həsəni, Afaq Gəncəli, Murad Dadaşov, Cavid Gül, Murad Arif, Samir Bayramlı, Şəhriyar Əbilov, rejissor Kənan M.M, aktyorlar - əməkdar artist Vəfa Zeynalova, Azər Axşam, bəstəkarlar - Emil Şahin, Kəmalə Qasımova, Sədaqət Rəşidqızı, Vüsalə Hikmət, reperlər Anar Nağılbaz, Miri Yusif, prodüserlər Müşfiq Abbasov, Anar və Elnurə Mədətovlar, Təranə Səmədova, meyxanaçı Vüqar Əbdülov, aktyor Coşqun Rəhimov və başqaları gəldilər.

Toyun sürprizi Elşad Xosenin həyat yoldaşının öz əlləri ilə çəkdiyi iri tablonun Oksana hədiyyə etməsi oldu.

Aparıcılar İlahə və Elnur məclisdəki bütün qonaqların rahat əylənmələri üçün maksimum şərait yaratdılar.

Hind klinikasında çalışan həkimlərin qrup olaraq məclisə qatılmaları da fərqlilikdən xəbər verirdi.









 


Teq: elsad

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 1917 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı