Elnarə Xəlilova 71 min avroya klip çəkdirib

Tarix: 20.05.2024, 09:12 Пожаловаться


Müğənni Elnarə Xəlilova yeni imiclə səhnəyə qayıdıb.

Sibel Canın fanatı olduğunu bildirən müğənni sözləri və musiqisi Günel Sərdarqızına aid olan "Centlmen” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Mahnının musiqi və söz müəllifinin azərbaycanlı olmasına baxmayaraq, Türkiyə türkcəsində səslənməsi təqdimat iştirakçılarının qınağına səbəb olub. Amma ritmik mahnının ifaçısı bunda bir qəbahət görmədiyini dilə gətirib.

"Biz eyni millətik, türkcə mahnı oxumağımda isə təəccüblü heç nə görmürəm.  Mənim 12 illik fəaliyyətimi 4 mərhələyə bölmək olar. Bu klipdə indiyə qədər görmədiyiniz Elnarədir. Məqsəd başqa prizmadan yanaşıb, yaradıcılığımda yenilik yaratmaqdır”.

Klipin yaradıcı qrupunun türklərdən ibarət olması da növbəti suala səbəb olub.

"Mən Azərbaycanda yaradıcılıqda sözünü demiş bütün rejissorlara klip çəkdirmişəm. İndi isə istədim ki, türk rejissorları ilə işləyim. Onların işindən də məmnun qaldım”.

Yeri gəlmişkən qeyd edək ki, Elnarənin "Centlimen” klipinin rejissoru Tamer Aydoğdu, aranjimançısı isə Altan Turandır.

Əksər türk kannallarında yayımlanacaq yeni klip Elnarəyə 71 min avroya başa gəlib.

"Centlmen”i ifa edərkən Elnarəni meqa-star Tarkanın bas-gitara ifaçısı da müşayiət edib.

Teq: elnare

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 827 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı