Azərbaycanlı müğənni ölümdən qurtuldu

Tarix: 20.05.2024, 05:51 Пожаловаться


Oxumeni.az xəbər verir ki, dünən günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi istiqamətində Əli Mirəliyevin ehtiyatsızlığı ucbatından dəhşətli yol qəzası baş verəcəkdi. Müğənni idarə etdiyi KİA markalı sedan tipli maşını ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi istiqamətindən yüksək sürətlə çıxaraq, gözləmə nişanına məhəl qoymadan Xırdalan dairəsinə daxil oldu. Bu zaman dairənin hərəkət istiqamətində olan yüksək tonnajlı ekskavator maşınının yoluna çıxmış oldu. Ekskavatorun sürücüsü mümkün qədər əyləci basdı, eyni zamanda Əli Mirəliyev də sürətini xeyli artırdı. Buna baxmayaraq, yol ayrıcında qəza şəraiti yarandı. Ölümdən qurtulmuş müğənni yaranmış vəziyyətə əhəmiyyət vermədən yoluna davam etdi.

Bakı şəhərinə doğru istiqamət alan Ə.Mirəliyev maşınını yüksək sürətlə sürməkdə davam edirdi. Biləcəri körpüsünün yaxınlığında qara rəngli "Cip" markalı maşın ona saxlamaq üçün işarə verdi. Müğənni maşınını yolun ortasında saxladı, "Cip" də onun yanında dayandı. Müğənni ilə "Cip"in qadın sürücüsü bir xeyli söhbət etdilər. Bu müddət ərzində yolda tıxac yarandı.

ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 717 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı