Azərbaycanlı müğənni klipindəki erotik görüntülərdən imtina etdi (VİDEO)

Tarix: 20.05.2024, 08:30 Пожаловаться
Azərbaycanlı müğənni Elçin Hüseynov klipindəki erotik görüntülərdən imtina etdi. Milli.az xəbər verir ki, müğənni pərəstişkarlarının qınaq hədəfinə tuş gəlməmək üçün bu addımı atıb. Elçin Hüseynov repertuarında yer alan "İki ürək” mahnısına çəkdirdiyi klipə görə bəzi peşmançılıqlar yaşayır.

Açıqlama verən müğənni, ilk dəfə olaraq baş verənlərə aydınlıq gətirdi: "14 il tamam oldu ki, mən professional səhnədəyəm və yetərincə dinləyici auditoriyası qazanmağa müvəffəq olmuşam. İnanın, tamaşaçılarımın kəskin reaksiya göstərəcəyini layihə müəllifi, tanınmış radio dj Kazım Bağırova da söyləmişdim. Bəli, mən də haradasa, bunu etirazla qarşılayıram. Lakin bir "əmma" var, o, da peyk vasitəsilə izlədiyimiz Türkiyə seriallarında açıq-saçıq səhnələrə rahat oturub baxmağımızdır. Necə olur ki, "Aşkı-memnu”, "Fatmagülün suçu ne?” kimi seriallarda bəzi erotik səhnələri pisləmirik? Yenə də vurğulamaq istəyirəm ki, etirazla qarşılanan "İki ürək” mahnısına çəkilən klipdə yataq və öpüş səhnələrini aktyorlar oynayıblar. Rejissorluğunu Nail Naiboğlunun etdiyi ekran işi hazır olsa da, biz yenidən montaj işlərini davam etdirməyi lazım bildik. Və həmin erotik səhnə kimi qəbul edilən görüntülər kəsilərək götürüldü”, - Hüseynov fikirlərini belə izah etməyə çalışdı.

Qeyd edək ki, mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsusdur. Yaxın günlərdə müğənni həm hazır klipi, həm də eyniadlı musiqi toplusunu təmətəraqlı şəkildə təqdim edəcək.

Forbaku.net






Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 860 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı