Sevgidə yaşın fərqi varmı?

Tarix: 09.05.2024, 18:49 Пожаловаться
     
Sevginin yaşının olmadığı və sevgidə yaş fərqinin əhəmiyyət daşımadığı fikrinə inananlar Virciniya Universitetinin araşdırmaçıları tərəfindən haqsız çıxarılıb. Belə ki, mütəxəssislər əslində, sevgidə yaş fərqinin böyük əhəmiyyət daşıdığını iddia edirlər.
"The Daily Beast” xəbər verir ki, yaşları uyğun olmayan cütlüklərə diqqətə alınması lazım olan bir sıra məsləhətlər verilib. Mütəxəssislərin fikrincə, sevginin yaşı olmasa da, sevmək hər yaşda mümkün olsa da, tərəflər arasında yaş fərqi münasibətlərin ömrünə birbaşa təsir edən faktordur. Qadınlar yaşca özlərindən daha gənc sevgililəri tərəfindən tərk edilmək qorxusu ilə yaşadıqlarından bu tip münasibətlərdə gərginliklər və ayrılıqlar çox olur. Bu, həmyaşıd və yaş fərqi 1-2 il olan cütlüklər üçün də keçərlidir. Yaşca çox kiçik olan qadın tərəfindən bəyənilməmək və aldadılmaq qorxusu isə kişiləri ən çox narahat edən səbəblərdir.
Hətta evlilik belə kişiləri bu qorxudan xilas edə bilmir. Mütəxəssislərə görə, tərəflər arasında yaş fərqi ən çox 10 il olmalıdır. Daha çox yaş fərqinin isə daha böyük problemləri olur. Aralarında 15-20 yaş fərqi olan cütlüklər ayrı mədəni etiketləri və ictimai tələbləri olan dövrlərdə doğulur və böyüyürlər. Tərbiyə formaları fərqli olan insanların isə bütünlükdə dünyagörüşləri, həyat tərzləri fərqli olur. Məsələn, 60 yaşlı kişi artıq ömrün sonlarını düşünərkən, 45 yaşlı xanımı özünü həyatın baharında hiss edir. Digər bir mənfi cəhət isə yaşca çox böyük olanın fiziki olaraq ağırlaşmasıdır. 50 yaşlı kişi evdə sakit və rahat saatlar keçirmək istəyərkən, 35 yaşlı xanımı evdən kənar əyləncələrə meyil edə və xoşbəxtliyi kənarda axtara bilir.
Tərəflər arasındakı anlaşmazlıq uşağın dünyaya gəlməsi ilə daha da dərinləşir. Belə ki, onlar hər biri uşağı öz dünyagörüşünə, həyat tərzinə, öz böyüdüyü mühitin tələblərinə uyğun yetişdirməyə çalışır. İntim həyat yaş fərqində bir o qədər də təsirli olmasa da, kişinin qadından 6-10 yaş böyük olduğu cütlüklərdə bu, daha uğurlu alınır. Mütəxəssislərə görə, ən çox diqqət verilməli məsələ qadının yaşca böyük olduğu münasibətlərin ana-oğul, kişinin böyük olduğu münasibətlərin ata-qız münasibətinə çevrilməsinə imkan verməməkdir.


ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 1757 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı