Qızların sevgi təklifi...

Tarix: 20.05.2024, 07:15 Пожаловаться


Sevginin ülviliyindən, təkrarolunmaz və əvəzolunmaz olduğundan yazmaq istərdim. Ancaq qeyd etmək istəmirəm. Çünki o ülviliyi və paklığı tamamilə itirmişik, demək olar ki məhv etmişik.

Bu səbəbdən mövzunun dərinliklərinə varmasam belə, yalnız mövzu ətrafında qeydlər etmiş olacam.
Artıq demək olar ki, ənənə halını alıb: oğlanın ilk olaraq hisslərini etiraf etməsi və qıza bildirməsi. Daim belə görüb, öyrəşib və belə qəbul etmişik. Lakin artıq xanımlar da cəsarətli addımlar atmaqda çəkinmirlər, bunu etiraf etməkdə, lori dildə desək ürəklidirlər. Son zamanlar zəif cinsin nümayəndələrinin bir çox etiraflarını duymuş və görmüş oluruq. Bizə bu təəccüblü və qeyri-normal gəlmir, adi qarşılayırıq, normal qəbul edirik. Bu etiraflardan biri də məhz: Sevgi etirafıdır!
Lakin onun da qeyd etməliyəm ki xanımın belə addım atması hər kəs tərəfindən normal qarşılanmır, buna hələ də tərəddüdlə yanaşanlar və qəbul etməyənlər çoxluq təşkil edir. Həmin xanım sanki qınanır və müzakirə obyektinə çevrilmiş olur. Onun cəsarətli addım atması, sevgini gizlətməməsi, ürəkli davranması, hisslərini qoruma istəyi yoxsa nə qəbul edilməzdir? Sanki həmin xanımlar yeni dəb gətirmiş olur, daim öyrəşdiyimiz və mövcüd olan ənənəni pozmuş olurlar. İstənilən halda xanımın bu hərəkəti çətin qəbul ediləndir...

Teq: qizlar

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 1143 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı