Nədir iztirab?

Tarix: 24.11.2017, 04:47 Пожаловаться


Ağlamaq... Gözlərin dolması, , damlalarla yüklənmiş kipriklərin taqətdən düşüb yanaqları islatması... Belə hamı ağlaya bilər. Bu sadəcə bir yanğıdır bir yanğındır amma iztirab deyil. İztirab qəhərin içində boğularkən göz yaşının sənə yad gəlməsidi... Ağrımaq sadəcə sızlamaqdı...

Çox vaxt dərman köməyinə çatar. İztirab isə sənə o ilacı verəcək bir kimsənin olmamasıdır...

Haqsızlığa tuş gəlmək ,hüququnun tapdanması ,qürurunun çeynənməsi də iztirab deyil. Sadəcə əzabdı... Amma sənə ürəkdən təskinlik verə biləcək birisinin olmaması, bax, bu, iztirabdır...

Düşünmək, düşlərinin uğrunda döyüşmək... və qalibiyyətə imza atmaq sadəcə sevinməyə səbəbdir, amma onu bölüşəcək birisinin olmaması bu sevinci iztiraba çevirər. Hamımız ruhuq. Bizi insan edən bədənimiz-cismimizdir... Qədd-qamətin, yaraşığın və ya gözəlliyin səni fərqləndirən bir amildir... Burdakı iztirabın isə ruhunun bu " yaraşıqlı ” qəlibin içində azadlıqdan məhrum olunmasıdır...

İfadə etdiyin sözlər sənin necəliyindir – görünən kimliyin... Amma boğazında ilişib qalan və udduğun kəlmələr iztirabın. Kor olmaq, gün işığına tamarzı qalmaq sadəcə bir əziyyətdir. Əl ağacı köməyinə çatar. Amma elə anlar olur ki heç nə köməyinə yetmir. Görən gözlərin belə... İztirab deyilmi bu?

Məsumiyyətin bir yerə qədərdir. Məcburiyyət məsumiyyətini məhv edər! Bu da bir iztirab... Hər şey var bu həyatda.

Nə axtarsan, necə axtarsan, hansı rəngdə, hansı ölçüdə, hansı biçimdə istəsən tapa bilərsən. Amma bir düşün. Müvəqqəti deyilmi əlindəkilər? Müvəqqəti deyilmi əldə etmək istədiklərin. Arzuların, qurduğun xəyalların... Ən vəfalı dediyin insan belə... Onsuz həyatı təsəvvür edə bilmədiyin doğman belə, müvəqqəti deyilmi. Və sən... müvəqqəti deyilsənmi? Bunun adı sadəcə iztirabdı. Qorxu dolu iztirab.

İZTİRABın içində yaşamağı bacarmaq üçün isə hər zaman özümüzə verməyə təskinliklər tapmalıyıq... Əgər bu günə kimi yaşaya bilmişiksə, deməli, bu təskinliyi də verməyi bacarmışıq. Amma bəziləri bunu da edə bilmir. Və sonunu özü seçir... Ya ip keçirir boynuna, ya qırmızıya boyayır özünü, ya da zəhərləyir "yaraşıqlı qəlibi”ni. İztirab içində öldürür özünü. Atdığı bu addımına görə " o biri dünya”da çəkəcəyi iztirabları düşünür son nəfəsində də...

Bir sözlə, müvəqqəti müvəffəqiyyətlər qazanmaqdan ibarətdir həyat eşqimiz...

Yaşamağa davam!...

Teq: Sevgi

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 528 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: B.N
30.09.2012, 00:02 1 87

Yazinin muellifini niye qeyd etmemisiniz ?

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 813

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı