Möhürümsən...!

Tarix: 20.05.2024, 07:15 Пожаловаться



Möhürümsən...!


Yoxluğun qiyamət əlamətim…
Sonsuzluq dünyasında hücrə həbsi yaşamaqdır sənsizlik…

Bir gəlsən… Bir görsəm… Bir gülsən…
Sonra yenə get istəsən…
Sən baxıb baxıb fikrə getdikcə qaranlıq üfüqlərə
xəyalların yarım mənliyin əskik qaldığı an röyalarım dəstəyin olsun deyə ürəyinə
qaranlığa hədiyyə edərəm sənli röyalarımı.
Bir ulduza ilişdirərəm ömürümü…
Sən özünü kimsəsiz hiss etdiyin və göyə baxıb
Allah' la danışmağa başladığında düşən ulduzun quyruğunda görərsən məni…

Ürəyinin xoşbəxtliyinə həsr etmişəm mənliyimi yar…
İbadət saymışam səni sevməyi…

İndi varlığındır ehtiyacım olan.
Artıq hiss etmək bəs etmir canıma.
Birə-bir varlığın olmalı yanımda...

Baxışlarımız toqquşmalı uzun uzun.
Nəfəslər bir-birinə qarışmalı.
Səni hiss etməkdən çox yaşamalıyam artıq…
Səni yaşamalıyam...!

Hər gecə gözlərimi bağladıqdan sonra yaddaşımda qalan son görünüş gözlərin olmalı...
Və hər yeni günə başlarkən gözlərimi açdığımda ilk səni görməliyəm...
Bir qarış yaxınımda olmalı üzün nəfəsin üzümə vurmalı...
Sənsizlik cinnətim olar yar..!

Dinlə "qanadsızım" dinlə..!
Aç ürəyini aç gözünü…
Qorxusuzca ver əlini tərəddüdsüz yaz sol yanına məni.
Xoşbəxtliyimizə kölgə salana qarabasan kimi çökməzsəm əgər…
Gözündə bir tək damla yaşa səbəb olana qəhər olmazsam əgər…
Bu canı sənə xərcləməzsəm əgər…
Və əgər son nəfəsə qədər sənə səni nə qədər sevdiyimi
hiss etdirə bilmədiyim bir günüm belə keçsə ömür dəftərimdə…
Bir gün belə bu sətirlər şahidlikdən imtina etsə sevdama…

Bu bədəni torpaq qəbul etməsin...

İtlərə yem olsun soyuq cəsədim…
Bir andsan müqəddəsimdə canımsan…

Tək andsan…

Yalnız sənə məcburum sənə möhtac…
Tək şahid Allahım.
Cəhənnəm kimi ürəklə cənnətlik bir eşqlə sevilirsən…

Möhürümsən...!


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 876 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı