Hisslərimi boğdum

Tarix: 20.05.2024, 15:20 Пожаловаться


Çox qəribə idi bizimki.Kiminə görə dəlilik, kiminə görə uyğun olmamağımız. Amma biz sevirdik. Qəribə bir biçimdə,qəribə bir sevgiylə. Qürura xətt çəkməyi onun sayəsində öyrəndim. Gözəl idi, qeyri adi duyğular, göyqurşağına bənzəyən rəngbərəng dünya. Əzablı idi bəzən də. Amma hamısına razı idim, hər çətinliyə. Çox qınayırdılar, "o sənə layiq deyil" , "sənə üzüntüdən başqa heçnə vermiyəcək" sözlərini çox eşitmişdim. Düz də deyirdilər əslində, amma mən inanmaq istəmirdim. Bəlkə də acı gerçəyin yükünü daşımaq ağır gəlirdi mənə. Bəlkə də incinmək istiyirdim..

Bəlkə də sadəcə mən sevirdim, o epizodik obrazda.. Mən aşiqdim onun hər sözünə, hər "birdənəm" deyişinə. Nə yalan deyim, indi də sevirəm əslində. O qayıtmayacaq. Bəlkə də qayıdacaq amma mən bağladım o dəftəri... O qədər qürurluyam ki, sevsəm belə, dəli kimi darıxsam belə, hər o ağlıma gəldikdə uşaq kimi ağlasam belə, sevgimin dəyərini məni itirdikdən sonra anlayan birinə alçaltmaram heç vaxt.. Bunu etmərəm mən..

Teq: hiss

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 934 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı