Eşq səbr istəyər

Tarix: 25.04.2024, 22:09 Пожаловаться


Eşqlə bağlı problemlər yaşanırsa və eşqdə axtardığınızı tapa bilmirsinizsə, kədərlənməyin, çünki eşq səbr istəyir. Eşq tələskənliyi sevməz. Elə ki aşiq oldunuz, tələ davranmayın. Əvvəl inanın və hər şeyi zamana buraxın. Zaman hər şeyi həll edər.
Səbrli olun!

Mütləq! Bizlər qarşı cinsdən çox şey gözləyərik, amma səbrli olmağı bacarmasaq, o zaman heç də yaxşı olmaz. Hələ əlaqəyə yenicə başlayan zaman "Səni sevirəm" sözlərini eşitmək, daha çox diqqət görmək, daha çox vaxt keçirmək istəyirik. Halbuki, insanlar duyğularını birbaşa açıqlamağı bəzən bacarmaya da bilərlər. Onu sıxmayın və səbrli olun.

Qüsursuz insan yoxdur

Hər bir insan qoluna girib gəzməkdən qürur duyacağı biriylə birlikdə olmaq istəyir. Amma heç kim mükəmməl deyil, hər kəsin bir qüsuru var. Qəbul edin ki, sizin də! Elə isə sevdiyiniz insanı fiziki xüsusiyyətləri, ya da sizinlə uyğunlaşmayan, fərdi xüsusiyyətləri üzündən mühakimə etməyin. Əgər aşiqsinizsə, yaxşı vaxt keçirirsinizsə, insanların nə dediyinə əhəmiyyət verməyib, kiçik problemlərlə özünüzü yormayın.
Ona güvənməlisiniz

Əgər davamlı olaraq sevdiyiniz insanın sizi aldadıb-aldatmadığını düşünsəniz, hər dəqiqə telefonla zəng edib nə etdiyini soruşsanız, qısqanaraq problem çıxarsanız, bu sevgini bir heç üzündən sonlandıra bilərsiniz. Ona güvənməyi öyrənməlisiniz.

Rola girməyin

Ona özünüzü bəyəndirmək üçün rola girməniz lazım deyil. Məsələn, çox yaxşı bir cüt ola biləcəyinizi isbat etmək üçün onun sevdiyi hər şeyi sevmək məcburiyyətində deyilsiniz. Hər dediyini "mən də", "məncə də" deyə təsdiqləyən biriylə kim birlikdə olmaq istər ki!
Şərhə ehtiyac yoxdur

Bəzən üzüyola, bəzən maraqsız, bəzən mehriban, bəzən anlayışlı, bəzən nazlı… İnsanlar etdikləri hərəkətləri niyə etdiklərini çox vaxt bilməzlər. O halda siz niyə onları təhlil etmək üçün zaman itirəsiniz ki?
Hər kəsə unudulmayan,təmiz sevgi arzusu ilə...

Teq: Sevgi

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 2300 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı