DOSTLUGUN SEVGIYE CEVRILMESI?!

Tarix: 09.05.2024, 08:28 Пожаловаться


 
Romantik anlar davam edir...
 
Fırtınalı bir həyatın ortasında birləşdik.
Sən, özünə yaxın tapdığın insanların sənə etdiyi səhvlərdən şikayət edirdin, mənsə uzun illər ağrısını çəkdiyim bir aşan yaralarını qucaqlamağa çalışırdım.
Yaxşı bir dostduq, hər şeyi paylaşardıq. Bu yaxınlaşmamızın qısa bir müddətdə olmasına baxmayaraq zamanım elə şirin, elə payızla keçirdi ki, mən içimdəki tərpənmələrdən xəbərsizdim. Sanki yuxudaydım, gözlərimi açdığımda dostluğun yerini eşq almışdı. Özümü tuta bilməmişdim. Duyğularıma hakim ola bilməmişdim. Sən mənim eşqim, mənsə sənin dostundum artıq. Sənə aşiq olduğumdan xəbərsiz idin. İçimdəki vulkan elə daşmışdı ki, partlamaq üçün səbirsizlənirdi.

 


Sonunda o gün gəlib çatmışdı. Bütün duyğularımı bütün hisslərimi açıqlamışdım mən sənə. Sənsə mənə yalnız çaşmış bir ifadəylə bunların yalan və zarafatdan ibarət olması üçün yalvarmışdın. Məndə sənə bunların nə zarafat nə də yalan olduğunu üstünə basa basa vurğulamışdım. İçim rahatlamışdı. Çünki bir insana "səni sevirəm" demək asan bir iş deyildi. Ürək istəyərdi. Mən bu işi bacara bilməmişdim amma nəticəsinə də dözmək əlimdə deyildi. Çünki əsl olan mənim üçün bu gün idi və mən bu gün sənə söyləməm lazım olan şeyləri sabaha buraxmamışdım. Sabah belə bir fürsətin əlimə keçəməyəcəyini düşünərək bütün hər şeyi açıqlamışdım.

 

 


Dünya fani hər an hər şey ola bilər bizim dünyamızda... İndi içim çox rahat amma bir o qədər də narahatam. Çünki bunları sənə izah edincə günahkar mən oldum. İndi o köhnə günləri axtarıram, heç səbəbsiz, ani ayrılışın şokunu üzərimdən təyin atamadığımın nəticəsindəndir. Və zaman köhnədən elə gözəl elə şirin keçərkən indilərdə, min bir əzab min bir ağrıyla keçir. O günün üstündən çox zaman keçdi. İndi mən səndən mənim olmağını deyil mənə bir az haqq verməyini istəyirəm. Mənə duyduğun nifrəti duyğularımın üstündən çəkməyin üçün yalvarıram. Mənə nə qədər qızsanda nə qədər nifrət etsəndə mən səni yenə də sevirəm.

 

 

 

 


Romantik anlar davam edir...



ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 1866 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı