Qırmızı pomada kişilərə necə təsir edir?

Tarix: 13.05.2024, 09:40 Пожаловаться

İstənilən halda bəllidir ki, gözəl xanımların dodaqlarına çəkdikləri pomada kişilərə əməlli-başlı təsir edir....

 
Dodaqlarını qırmızı boyamış ofisiant xanımların kişi müştərilərdən daha çox "çay pulu" aldıqları da bəlli olub.Fransada Cənubi Bretan Universitetinin alimləri Nikolas Qeqen və Selin Ceykobun apardıqları araşdırmaların nəticələri belədir.
 
Onlar ofisiant xanımlardan xahiş ediblər ki, dodaqlarına qırmızı, çəhryayı, qəhvəyi pomada çəksinlər və ya ümumiyyətlə, pomada çəkməsinlər.
 
Ofisiant xanımlardan Vann şəhərindəki üç restoranda 447 müştəriyə xidmət etmək istənilib.
Fransada restoranlarda çay pulunu həvəssiz verirlər, çünki restoranda xidmətə görə 12 faizlik haqq ümumi hesaba avtomatik daxil olunur. 
 
"International Journal of Hospitality Management" jurnalı bildirir ki, ofisiantların zahiri görkəmi restoranların qadın müştərilərinə əsla təsir etməsə də, kişi müştərilərə ciddi təsir edib.
Alimlər bildirir ki, dodaqların qırmızı rəngi əsasən estrogen, seksual vəcd və sağlamlıqla assosaisiya olunur.
 
Bu səbəbdən də qırmızı rəngli pomada kişilərdə qadın barədə müsbət fikir yaradır, kişi müştəriləri ofisiant qadınlara daha çox çay pulu verməyə sövq edir.

Forbaku.net

Teq: Pomada

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 896 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı