Qadınların qısqanma səbəbləri

Tarix: 19.09.2017, 16:40 Пожаловаться


Qadınlar arasında qısqanclıq hər mümasibətdə rast gəlinən və kişiləri çox zaman yoran bir haldır. 


Qısqanan qadın bəzən kişini elə bezdirər ki, kişi rahatlıq tapacağı, baş qulağının dinc olacağı bir yeri aramağa başlar…

Qadınlar niyə qısqanırlar? Bu qısqanclığı hansı şəkildə bəlli edirlər?

Bu da qısqanan qadının psixologiyası haqqında araşdırmacıların gəldiyi nəticə. Həyat yoldaşı tərəfindən daim izlənilmək və ya onun qısqanclığının öhdəsindən gəlmə problemi bir çox kişilər üçün zarafat və söhbət mövzusudur. Bu söhbətlərin son cümləsi də çox vaxt "Qadınlar necə də qısqanc olurlar!" olur.


"Qısqanclıq qadınların təbiətində, yaradılışındadır." iddiasında olanların sayı da az deyil. Amma xeyir, buna etirazımız var. Qısqanclıq təbiətimizdə filan deyil! Həm də araşdırmalara görə, kişilərin həyat yoldaşlarını öldürməklərinin səbəbi 90% qısqanclıqdır.

Qısqanclıq nəticəsində yaranan mübahisələrdə "Sənə inanıram, amma ətrafdakılara inanmıram" deyən kişilərin əksinə: qadınlar qısqandıqlarında kişilərin bu cür yalanarının arxasında gizlənmirlər və birbaşa kişiyə "Özümə tam gevənirəm, sənə etibar eləmirəm" deyirlər.

Bəli, açar ifadə budur – "etibar", "güvən". Kişi dostları ilə bir araya gələndə həyat yoldaşının qısqanclığından şikayətlənən kişilərə məsləhətimiz – öncə bir güzgüyə baxın. Güzgüyə baxıb, "Görəsən, mən etibar olunası adamammı?" sualını verib və cavabı dürüst şəkildə vermək qısqanc qadını anlamağın ən birinci və bəlkə də yeganə yoludur.


"Məni nə qədər sevirsən?"

Qısqanclığın əhəmiyyətli səbəblərindən biri sevilməyə olan ehtiyac olduğuna görə qadınına sevgisini göstərməkdən çəkinməyən kişi bu vəziyyətdən həmişə qazanclı çıxar.

Dəyərli bəylərimiz, "Onsuz da onu sevdiyimi bilir" düşüncəsini ağlınızdan çıxarın və sevginizi göstərmək üçün xüsusi günləri gözləmədən, hər an bu fürsətdən istifadə edin. Həyat yoldaşınıza, sevgilinizə hər addımda ətrafdakı qadınlardan fərqli olduğunu hiss etdirməkdən çəkinməyin.

Qadınlar tez-tez "Məni sevirsənmi?" sualını verib, "Əlbəttə" cavabını aldıqdan sonra "Nə qədər?" sualını verməkdən zövq alırlar. Bu sualları qadın ruhunun oxşanmağa duyduğu ehtiyacla əlaqələndirmək olar. Təbii arxasınca "Daha çox hansı xüsusiyyətlərimi sevirsən?" sualı çox zaman verilə bilər. Bu da o deməkdir ki, onu digər qadınlardan ayırd edən tərəflərini sözlərinizlə ifadə edərək ona "bir dənə" olduğu hissini yaşadaraq "sizi digər qadınlara qısqanma faizini minimuma endirir.

P.S. Xanımlara tövsiyəmiz – Əgər siz həyat yoldaşınıza və ya sevgilinizə hər dəfə "Daha çox hansı xüsusiyyətlərimi sevirsən?" deyəndə o deməyə söz tapmırsa, ya da hər dəfə bir bəhanə ilə ya söhbəti dəyişir, ya da söhbətdən qaçırsa bunun 2 səbəbi ola bilər:

1. O, həddən artıq eqoist insandır və sizi tərifləyib "qolunuzun altına qarpız qoymaq" istəmir;

2. O, sizi ancaq xarici gözəlliyinizə görə sevir. Daxiliniz ona maraqlı deyil, ona görə də səbəb tapa bilmir. Bu isə o deməkdir ki, sizdən daha gözəl bir xanıma rastladığı anda sizi tərk edəcək.


                                                   Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1522 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 813

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı