Qadınlar niyə bəzənir?

Tarix: 11.05.2024, 23:48 Пожаловаться

İngiltərədə edilən bir araşdırma nəticəsində, qadınların, kişilərdən çox digər qadınlara təsir etmək üçün bəzəndiyi ortaya çıxdı.

Anketə qatılan 2 min qadınların üçdə ikisi, həmcinslərindən tərif eşitmək üçün gözəl görünməyə çalışdıqlarını söylədi.

Bir dəri baxımı firmasının etdirdiyi anketə görə, 18-30 yaş arası hər on qadından altısının ağlında, gecə çölə çıxmaq üçün hazırlanarkən geyim seçəndə sevgililəri deyil, yanlarında rəfiqələri olur.

Tərifləri deyən qadınlardır.

İştirakçıların dörddə birindən çoxu da ən səmimi tərifləri kişilərdən deyil, tanımadıqları qadınlardan eşitdiklərini söylədi.

Qadınların üçdə ikisi, kişilərin "gözəl göründüklərini" deməyin standart bir sözdən ibarət olduğuna, bunu düşünmədən söylədiklərinə inanır. İştirakçıların 48%-i yad bir qadından eşitməyi seçəcəklərini söyləyərkən, yarıdan çoxu heç bir zaman sırf bir kişiyə təsir etmək üçün bəzənmədiklərini söyləyərkən, 22%-i bir kişinin düşüncəsinin onlar üçün çox bir şey ifadə etmədiyini ifadə etdi.

Bir münasibəti olan qadınların 26%-i partnyorlarının paltarlara, makiyaja ya da ümumiyyətlə modaya gələndə heç bir faydalarının olmadığını söylədi.

Hər üç qadından ikisi isə saçlarını ya da makiyajlarını dəyişdirədə partnyorlarına nisbətən rəfiqələrinin daha yaxşı dediyini dedi.

Amma bu iltifatlara baxmayaraq, qadınların dörddə biri, çölə çıxanda rəfiqələriylə aralarında bir rəqabət olduğunu düşünür.

Dörddə biri, onlar qədər yaxşı görünə bilmək üçün həmişə yoldaşlarının tərzlərini təqlid etdiklərini də etiraf edir.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1341 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı