Müxtəlif formalı gözlər üçün makiyaj

Tarix: 28.04.2024, 00:39 Пожаловаться


Heç birimizə sirr deyil ki, gözlər hər bir qadını cəlbedici edən ən əsas amillərdən biridir.
Ona görə də müxtəlif formalı gözləri makiyaj edərkən xüsusilə diqqətli olmaq lazımdır. Çünki yol verilmiş hər hansı yanlışlıq görünüşdə çox pis nəticələr yarada bilər. Azərbaycanlı xanımların əksəriyyəti brunet olduqları üçün təqdim edəcəyimiz makiyaj da əsasən brunet xanımlar üçündür.

Qabarıq gözlər:

1. Nazik qara karandaş və ya sulu laynerlə gözlərin konturlarını vurğulayın.
2. Mat tünd rəngli göz kölgələrindən (açıq və ya parıltılı göz kölgələri bu frmalı gözlər üçün olmaz) istifadə edərək onları gözün çöl tərəfinə doğru yayın.
3.  Kipriklərdə tuşdan istifadə etməmək məsləhətdir.

Sallaq göz qapaqları:

Əsas gözlərin aşağı qapaqlarının konturlarını vurğulamaq lazımdır. Bunun üçün:

1. Gözün aşağı qapağının iç tərəfindən nazik ağ karandaşla, çöl tərəfindən isə tünd rəngli karandaşla konturları vurğulayın.
2. Aşağıdan çəkilən tünd rəngli karandaşı azacıq yayın.
3. Göz qapaqları üçün kölgələrdən istifadə edin: göz qapaqlarının iç ucluqlarına (buruna yaxın hissələrinə) açıq rəngli və ya parlaq göz kölgəsi, gözlərin çöl uclarına doğru, sallanan hissələrində isə nisbətən tünd rəngli mat göz kölgələrindən istifadə edin.
4. Kiprik qatalayndan istifaə edərək kipriklərinizi qatlayın.
5. Sonra isə kipriklərinizə qalın qatla yaxşı tuş çəkin.

Çuxurda olan gözlər:

1. Açıq rəngli və parlaq gğz kölgələrindən istifadə edin.
2.  Qaşın altı ilə gözün üst qapağı arasından keçən çuxurda olan hissədə rəngli göz kölgələrdən istifadə edin.


Yumru gözlər:

1. Gözün üst qapağına tünd rəngli göz kölgəsi çəkin.
2. Sonra isə üst göz qapaqlarının çöl hissələrindən göz kölgələrini yuxarıya -qaşlara doğru yayın. Bu gözlərinizə oval forma verəcək.


Balaca gözlər:

1. Gözün aşağı qapağının iç tərəfindən nazik ağ karandaş çəkin.
2. Tünd rəngli karandaş və ya sulu laynerdən istifadə etmək olmaz, çünki bu gözlərin aşağı qapaqlarının konturlarını vurğulayaraq onları daha da kiçik göstərəcək.
3. Gözün üst qapaları üçün zərif və ya qəhvə rəngi çalarlı göz kölgələrindən istifadə edin. Nəticədə gözlər daha dərin və mənalı görünəcəklər.
4. Qaşların alt hissəsinə ağ göz kölgəsi çəkin və kipriklərin sonlarına doğru onu yayın.
5. Kipriklərə tünd qara və ya qəhvə rəngli tuş çəkin, rəngli tuşdan istifadə etmək olmaz.


İri gözlər:

Böyük gözlər çox gözəl və cəlbedici olduğuna görə bu cür gözlərin sahibələri rənglərlə eksperiment apara bilərlər.

1. Hansı rəng göz kölgələrindən istifadə etməyinizdən asılı olmayaraq çalışın kipriklərinizi həmişə yaxşı tuşla vurğulayasınız.

Əlbəttə, burda yazdıqlarımız qanun deyil, çünki gözlərin formasından əlavə onların rəngi də önəm daşıyır. Amma yenə də, ümid edirik ki, hər kəs özünə aid nəsə tapa bildi.


Forbaku.net


Teq: Makyaj

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Qadın Dünyası Baxış Sayı: 3091 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: Frankie
12.11.2012, 08:52 1 93

Thanks for contributing. It's helped me understand the iusses.

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı