Makiyaj qadın xarakteri barədə nə deyir?

Tarix: 12.05.2024, 11:32 Пожаловаться


Siz heç bilirsinizmi ki, makiyaj qadın xarakteri barədə nələri deyir? 

1.Makiyajın yoxluğu – Bəzən qadınlar müxtəlif səbəblərdən kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina etməyin ciddi səbəbi yoxdursa, o zaman belə demək olar ki, həmin qadın özünə az dəyər verir. Belə xanımlar qadınlığın tərəfdarı olmur, özlərinə fikir vermirlər. Çünki onlar karyera ilə məşğuldurlar və düşünürlər ki, bu işlərə zaman xərcləmək olmaz. Yaxud, qız uşaqlıq vaxtından ancaq qarşı cinsin nümayəndələri ilə dostluq edibsə, böyüyəndə kosmetika ona yad gəlir. Kişi kollektivində çalışan xanımlar hərdən qadına xas olan keyfiyyətləri – zərifliyi, işvə-nazı unudurlar, özlərini kişi kimi aparırlar. Makiyajın yoxluğunu həm də feminizmin əlaməti kimi qiymətləndirirlər. Belə ki, kişi ilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini makiyajdan imtina etməyə sövq edir. Xüsusilə, eqosentrik, eqoist xanımlar bu cür addım atırlar. Onlar hesab edirlər ki, Yer kürəsi onların ətrafında fırlanır. Və gözəl görünmək üçün heç də kosmetik vasitələrdən istifadə etmək lazım deyil. "Mən necə varamsa, eləyəm” prinsipi ilə yaşayan qadınlar təbii gözəlliyə üstünlük verir və ətrafdakılara dürüst olmaq, xarici görkəmi bəzəməklə kişiləri aldatmamağın zəruri olduğunu düşünürlər. 

 

2.Az və təbii makiyaj – Bu cür makiyaj edən qadınlar kirpiklər üçün tuş və dodaqlar üçün boya parıltısından istifadə etməklə kifayətlənirlər. Amma onu da deyək ki, bu qadınlar arasında cəlbedici və ehtiraslı xanımlara rast gəlmək qeyri-mümkündür. Çünki onlar diqqət mərkəzində olmağı sevmirlər. Kişilərin rəğbətini, sevgisini xarici görkəmlə deyil, ağılla qazanmağa üstünlük verirlər.

 

3.Parlaq, kobud və həddindən artıq cəlbedici makiyaj – Qadınların bu cür makiyaj etməsi heç də səbəbsiz deyil. Belə ki, onlar xarici görkəmlərindəki eyibləri, qüsurları kosmetik vasitələrlə ört-basdır eləməyə çalışırlar. Psixoloqların fikrincə, birdən-birə parlaq makiyaja keçən qadınlar mütəmadi olaraq daxili narahatlıq keçirirlər və əhvalları o qədər də ürəkaçan olmur. Bəzən isə xanımlar yeniliketmək, xarici görkəmlərində dəyişiklik etmək arzusunda olduqları üçün bu növ makiyajdan istifadə edirlər.

 

4.Daim eyni makiyaj – İllər boyu dodaq boyalarının rəngini dəyişməyən qadınlar dəyişiklikləri o qədər də sevmirlər. Onlar klassikanın tərəfdarıdırlar. Hələ gənc yaşlarından özlərinə uyğun olanı seçir və simalarında hər hansı dəyişiklik etməkdən imtina edirlər. Onlar istənilən yerə eyni makiyajda gedirlər. 

 

5.Stilistdən peşəkar makiyaj – Hədiyyə almağı, sürprizləri sevən, əyləncəli – yumoristik, romantik xanımlar peşəkarların xidmətlərindən yararlanmağa üstünlük verirlər. Bəzi vaxtlarda isə tərəddüdlü, özünə inamı olmayan qadınlar da peşəkarlara üz tuturlar. Belə xanımların özlərinə güvənləri az olduğu üçün onlar simalarını stilistlərə əmanət edirlər. 

 

6.Gözlər qəlbin aynasıdır – Gözləri ilə nəyisə demək istəyən qadınlar kosmetik vasitələrdən istifadə edərkən gözlərinin daha gözəl görünməyinə çalışırlar. Onlar gözlərilə qəlblərindən keçənləri anlatmaq istəyirlər. Belə qadınlar diqqətli və müşahidəçidirlər. Onlar səbrlə dinləməyi bacarır, hislərini və emosiyalarını gizlətməklə yanaşı, kişiləri daha yaxşı başa düşə bilirlər. 

 

7.Dodaqlarda vurğu – Dodaqlarını parlaq rənglərlə ayıran xanımlar sentimental, həssas və ünsiyyətcildirlər. Onlar nazlı-qəmzəli olurlar. Eyni zamanda, özləri haqqında danışmağı və başqalarının dilindən təriflər eşitməyi həddindən artıq çox sevirlər. 

 

İllər ötdükcə, günlər-aylar bir-birini qovduqca moda, dəb aləmi də dəyişir. Və xarici görkəminə diqqət verən, hər zaman, hər yerdə şarmlı, füsunkar görünmək istəyən qadınlar mütəmadi olaraq dəbi izləyirlər. Stilə, zamana, dəbə uyğun geyinmək, gözəl görünmək yaxşıdır. Amma ən ideal variant özünə yaraşanı axtarıb tapmaqdır. Kosmetik vasitələr qadınlara sadəcə müəyyən yaş dövründə lazımdır. Müəyyən vaxtdan sonra, xanımlar yaşa dolduqca makiyaj onlar üçün o qədər də əhəmiyyətli deyil. Nədənsə qadınlar yaşlandıqda deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Digər tərəfdən baxsaq, məsələyə yanaşma başqadır: "Qadının zahiri gözəlliyi müvəqqəti, daxili gözəlliyi isə daimidir”

 Forbaku.net


Teq: Makyaj

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1170 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı