Makiyaj böyük möcüzələr yaradan bir vasitədir

Tarix: 11.05.2024, 19:00 Пожаловаться


Makiyaj böyük möcüzələr yaradan bir vasitədir
Bəzən makiyaj xanımların gözəlliyini vurğulasa da, həddindən artıq çox istifadə, ancaq bu gözəlliyi bərbadlığa çevirməklə bərabər, xanımlara olduqlarından daha yaşlı bir görünüş bəxş edir.

Düzgün seçilməyən tonal krem, dəridə maska effekti yaratmaqla bərabər,insanı bir neçə yaş qoca göstərir. Tonal krem çəkdikdən sonra, qırışların üzərinə ehmallıca toxunmaqla,tonlaşdırıcı kremin artıqlarını hopturun. Düzgün seçilməyən tonlaşdırıcı krem,üzünüzdəki qırışları nəinki vurğulayacaq,hətta daha dərin göstərəcək. Yaş ötdükçə, göz altı dəri getdikcə daha nazikləşməyə başladığından korrektor sifətə kobud görünüş verə bilər. Çalışın fırça vasitəsilə çəkilə bilən və qalınlığını tənzimləmək daha asan maye halında olan vasitələrdən istifadə edəsiniz.Yaş ötdükcə qadınlarda dodaqların kənar xətləri öz dəqiqliyini itirir və dodaq boyasından istifadə edərkən yaxılmış effekt yaranır.Ona görə də dodaqların kənar xətlərini dəqiq vurğulamaq üçün korrektor və qələmlər üçün istifadə tövsiyyə olunur. Parlaq rənglər,tünd çalarlar, rəngarəng parıltılar orta yaşlı qadınlara,tamamilə uyğun olmaz. Bu vizual olaraq dodaqları ağırlaşdırır və yaşı artıq göstərir.Daha yaxşı olar ki,bu yaşda olan xanımlar çəhrayı rəngin neytral tonundan istifadə etsinlər.Gözlərinizi makiyaj edərkən,azacıq parıltı,heç vaxt mane olmaz. Amma parıltıdan gözünüzün kənar qurtaracaqlarından istifadə etməyi ağlınıza belə gətirməyin. Parıltını daha yaxşı olar ki,gözünüzün iç kənarına,üst göz qapağının orta hissəsinə və qaşın qurtaracağının alt hissəsində istifadə edəsiniz.

Teq: Makyaj

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Qadın Dünyası Baxış Sayı: 908 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: mawa
18.03.2012, 19:40 1 10

teze acilmagina baxmayaraq cox gozel saytdir

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı