İdeal qadın olmaq istəyirsiniz?

Tarix: 12.05.2024, 05:31 Пожаловаться


Kişilərin gözüylə ideal qadının xüsusiyyətləri bir siyahıda toplandı. Bu siyahıya görə ideal bir qadının oxuma vərdişi olmalıdır. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.

Telefonla lazım olduğu qədər danışmalıdır. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin əsəblərini pozur.

Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox diqqət çəkən laklar istifadə etməkdən qaçınmalıdır. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii gözəllikdən yana olur.

Televiziya seriallarına asılı olmamalıdır. Həyatını bu seriallara görə proqramlaşdıran və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.

Lüks tutqunu olmamalı, alver əsnasında da məntiqini qoruya bilməlidir. Kredit imkanı var deyə evə gərəksiz əşyalarla dolu paketlər daşımamalıdır.

Spirt və siqaretdən uzaq dayanmalıdır. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.

Formasına diqqət yetirməlidir. Amma hər yeməyə ‘diyetdəyəm' deyə başlamamalıdır. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biridir…

Evi ya da otağını oyuncaqlarla doldurmamalıdır. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalıdır.

Yalnız qızlarla deyil kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar gəlir. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər.

Uşaq təqlidi edərkən itələyici olmamalıdır. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilir.

Qısqanc olmamalıdır. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirə bilərlər.

Kişinin hər şeyiylə maraqlanmamalıdır. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı sehrin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.

İç dünyasında dinc ola bilməlidir. Keçmişdə yaşadığı psixoloji və ailəvi problemləri təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir.

Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1006 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı