Göz makiyajı hiylələri

Tarix: 26.04.2024, 22:02 Пожаловаться


Doğru makiyaj ilə gözlərin üzünüzdəki iki kiçik sənət əsəri kimi görünə bilər.
Bu yolda diqqət yetirilməsi lazım olan xüsuslar:

* Teni çəkmədən əvvəl göz qapağınızı mütləq hazırlayın - bir az tonal krem ya da açıq rəng bağlayıcı və üzərinə yüngül pudra ilə.

* Fırçanızı çox yükləməyin, yavaş-yavaş azca ton verərək başlayın, və kölgələri getdikcə istəyə görə sıxlaşdırın, üzərinə çıxacağınız qatlardan əvvəl təməl atmaq kimi..

* İki, üç ya da dörd rəngli tenlər ağlınızımı qarışdırır? Ən açıq rəng başlanğıc üçündür- gerisi bütün göz qapağına yayılar, orta tondakı iç yarısı üçün və ən tünd olan xarici yarım və kənar xətti üçün uyğundur.

* Hələ rəng kombinasiyaları haqqında şübhənizmi var? Tək və təbii bir rənglə bütün göz qapağınızı kölgələyə bilərsiniz.

* Teninizin əsla gözünüzün iç ya da xarici künclərindən çox daşmasına icazə verməyin - bu göz makiyajınızın həddindən artıq görünməsinə səbəb olar.

* Çox ya da uzun davamlı qalıcı bir rəng istəyirsinizsə, kremin üzərinə toz ten çəkməyi sınayın.

* Teninizi çəkdikdən sonra çox gəlsə, pambıqla yüngülcə silin ya da bədəninizin rəngində bir rənglə tonunu açın.

* Göz teni çox asan istifadə edilə bilinər - yaş ya da quru sürmə yerinə. Yalnız kirpikləriniz boyunca tətbiq etmək üçün uyğun bir fırça tapmaq lazımdır.

* Gözlərinin iç künclərini (V hissəsini) açıq rəng, parıltılı bir qələmlə rəngləsəniz, daha parlaq görünmələrini təmin edərsiniz.

* Gözlərinizi tünd rəng qələm ya da tenlə çevrəyə almaq onları daha kiçik göstərəcək, onsuz da kiçik gözləriniz varsa diqqətli olun.

* Gözlərin alt iç qisimini ağ qələm ilə rəngləyərək isə daha böyük gözlər əldə edə bilərsiniz.

Teq: GoZ

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1027 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı