Gözəl saçlar üçün 9 məsləhət

Tarix: 11.05.2024, 14:33 Пожаловаться

Kiminin saçı quru, kiminki yağlı, kiminki də kəpəklidir. İlk baxışdan adi görünsə də əslində, bu orqanizmdəki xəstəliklərlə bağlıdır. Əksər mütəxəssislər də bu məsələdə həmfikirdirlər. Hətta bəzi mütəxəssislər  orqanizmdəki xəstəliklərin özünü ilk növbədə saçlarda biruzə verdiyini və saçlarda hər hansı dəyşiklik baş verdikcə həkimə müraciət etmək lazım olduğunu bildirirlər. İndi isə saçlarımızdakı problemlər və bu problemləri aradan qaldırmağın qısa yolları barədə....

1.Zəif saçlar: Bu problem daha çox qalxanvari vəzin fəaliyyətinin pozulmasından irəli gəlir. Bu isə orqanizmdə proteinin normal paylanmasına imkan vermir. Bundan əlavə, dəmir və sink çatışmamazlığı da saçların zəifləməsinə səbəb olur.
Nə etməliyik: Belə hallarda qan analizindən keçmək və qanın tərkibinə görə diaqnoz qoymaq lazımdır. Mal, qoyun və ya balıq əti yemək də köməyimiz ola bilər.2.Qıvrılan saçlar:Bu problemin yaranmasına səbəb düzgün olmayan pəhrizlərdir.Nə etməliyik:Nəmləndiricilərdən istifadə edir. Bir də yağlı balıq yeyin.

3.Parlaq olmayan saçlar: Bu problemin yaranmasına səbəb orqanizmdəki B vitaminin çatışmamazlığıdır.
Nə etməliyik: Əvvəlcə B vitamini qəbul edin. Və ya tərkibi b vitamini ilə zəngin qidalardan istifadə edin. Mərcimək, düyü,və ya buğda sizə kömək edə bilər. Gicitkan yarpağını dəmləyib suyu ilə saçlarınızı yusanız daha parlaq və sağlam kökə malik olar.

4.Yağlı saçlar:
Bəzi mütəxəssislərin fikrincə buna səbəb süd məhsullarıdır.
Nə etməliyik:
Süd məhsullarından xüsusilə qatıqdan az istifadə edin. Bundan əlavə qış fəslində papaqdan daimi istifadə də saçlarımızı tez yağlandırır.

5.Gec uzanan saçlar: Bu növ problem daha çox allergiyası olan insanlarda müşahidə olunur. Bu siyahıya taxıl və süd məhsullarından geniş istifadə edən insanları da əlavə etmək olar.
Nə etməliyik:
Əvvəlcə taxıl və süd məhsullarını rasionunuzda azaldın. Ən önəmlisi saçlarınızı tez tez yuyun və darayın. Dib köklərini də masaj etməyi unutmayın.

6.Qırılan saçlar: Buna səbəb mineral çatışmamazlığıdır.
Nə etməliyik:Tərkibində protein çox olan məhsullardan istifadə edin. Saçınızı tez tez darayın və çox zaman açıq saxlayın.Saç broşlarından bir müddət uzaq durun.

7.Quru saçlar: Bu növ saçlar kifayət qədər nəm almadığını göstərir.
Nə etməliyik:Əlbəttə, nəmləndirircilərdən istifadə edin, yağlı balıq yeyin. Yatmazdan əvvəl 1 stəkan adi su için. bu üz dərinizin də elastikliyini artiracaq.

8.Kəpəkli saçlar: Buna səbəb saç dərimizdəki göbələklərdir ki, bu da keçirdiyimiz streslərlə bağlıdır.
Nə etməliyik: Kəpək üçün istehsal olunmuş xüsusi şampunlardan istifadə edin. Selenium, fosfor tərkibli minerallar qəbul edin. Daha çox təmiz havada olun.

9.Saçların tökülməsi: Əslində gün ərzində 40-90 arası qədər saç tökülməsi normal hesab olunur. Yox, əgər saçınız daha çox tökülürsə, bunun qarşısını vaxtında almaq lazımdı.
Nə etməliyik: Qidamızda dəmir və protein çatışmamazlığı da saçların tökülməsinə səbəb olur. Mal və ya qoyun əti yemək, vitamin C və dəmir qəbul etmək də pis olmaz. Şampununuzu da nəzərdən keçirin. Bəzən saçlar istirahətə ehtiyac duyurlar. Unutmayın, hər bir xanım gözəldir. Onun gözəlliyinə əlavə isə əvəzolunmaz saçlarımızdır. Onların gözəlliyi isə sağlamlığımızdan irəli gəlir.

Forbaku.net

Teq: sac

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1458 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı