Mənasız qadağalar

Tarix: 03.05.2024, 12:46 Пожаловаться
  

*Əgər siz Tailandda kinoya getsəniz film başlamamışdan öncə kral himninə qulaq asmaq məcburiyyətində qalacaqsınız. Hər bir film başlamazdan əvvəl himn səsləndirilir. Hətta himn oxunan zaman danışmaq belə qadağandır. Danışsanız və ya əyləşsəniz sizi müvafiq cərimə gözləyir. Ona görədə kinoya gedən şəxslər ayaqüstə və dinməz şəkildə 2 dəqiqəlik himnə qulaq asırlar.

* Meksikada kiminsə bığlarını lağa qoyub gülmək qadağandır. Hər hansı bir şəkilə bığ çəksəniz sizi böyük cərimə gözləyir.

*Braziliyada isə qeyri-adi qanun mövcuddur. Hər hansı bir xanımın sinəsi gözəl və cəledici olmazsa o açıq çimərlik geyimi (kupalnik) geyinməməli və onu nümayiş etdirməməlidir. Onuda qeyd edim ki, latın amerika dövlətləri 18 yaşına çatmış hər bir qıza silikon üçün ayrıca pul ayırırlar ki, xanımlar müvafiq yerlərə silikon vuraraq dünyanın ən gözəl xanımları ölkəsi adına layiq olsunlar.

*Avstraliyada isə qara geyimlə gəzmək və üzü qara rənglə bəzəmək qəti qadağandır. Onların fikrincə qara geyinib və ya üzə qara rəng vurmaq terroristlərə xas olan bir şeydir. Bundan əlavə Avstraliyada Betmanin oyuncağı və geyimini almaq, satmaq qadağandır.

* Avstraliyada daha bir mənasiz qanun mövcuddur. Avstraliya kommunikasiya aktına əsasən sizin modem ilk zəngdə cavab verməməlidir. Əgər bu baş versə demək siz qanuna zidd hərəkət etmiş hesab olunacaqsınız və sizi 12000 dollar həcmində cərimə gözləyir.

*Yeni Zellandiyada isə qabanlar olan ərazidə golf oyunu oynamaq qadağandır. Çünki qabanlar qolf topundan qorxurlar. Əks halda sizi həbs gözləyir.

*Kaliforniyada qurbağa öpmək qadağandır. Bundan əlavə kişi paltarından əski kimi istifadə edib maşın yusanız sizi 1 illik həbs gözləyir.

*İndiana ştatında 1950-ci ildən bəri Robin Hoodun adını çəkmək belə qadağandır. Çünki bəzi oğrular Robin Hoodun adından istifadə edib qoca və uşaqları qorxutmuşdular.

* Danimarkada yolda gedə gedə dondurma yemək qadağandır. Qadınlar dondurma ilə kişilərin diqqətini cəlb edib onları işdən yayında bilər.

*Finlandiyada isə cizgi film qəhrəmanı Donald Dak aşağı ətrafda geyimsiz göstərildiyi üçün qadağan olunub.


ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 1470 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı