İşləyənlərə Ramazan tövsiyyələri

Tarix: 29.03.2024, 18:01 Пожаловаться
 

Sübh vaxtı mütləq oyanın

Sübh vaxtı yuxunuz o qədər ağır olur ki, yataqdan qalxmaq istəməzsiniz, hələ də bir iki saat sonra yenidən oyanıb işə gedəcəyiniz gerçəyi sizi daha da istəksizləşdirir. Ancaq sübhxüsusilə işləyən insanlar üçün çox əhəmiyyətlidir. Səhər saatlarında gümrah olmanızı, gününüzün məhsuldar keçməsini təmin edir. Normal günlərdəki nahar payının yerinə keçərək beyninizi bəsləyir. Sübhdəbir stəkan süd, peçenye, meyvə kafidir. Çox ağır şeylər yeməməyə diqqət edin. Ayrıca rahat bir gün keçirməniz üçün içdiyiniz suyun miqdarı da çox əhəmiyyətlidir. Oyandığınızda susamamış olsanız belə, bol bol su içməyə laqeyd yanaşmayın!

 

Kifayət qədər maye və duzdan istifadə edin.

Ramazanda iftar süfrələrində duzlu qidaları və içkiləri əskik etməyin. Həddindən artığa qaçmadıqdan sonra duz bədəniniz üçün yaxşı olacaq. İftar və sübh arasında keçən zamanda isə təxminən 1 litr maye içməniz çox əhəmiyyətlidir. Maye ehtiyacınızı suyla qarşılaya biləcəyiniz kimi, çay, qəhvə ya da meyvə şirəsi ilə də qarşılaya bilərsiniz.
Çətin işlər sabaha qalmasın
Ramazanda çətin və diqqət istəyən işlərinizi təxirə salmayın. Səhər saatları oruclu bir insanın ən məhsuldar zamanlarıdır. Hələ qanşəkəriniz normaldır və çox çox susamamısınız. Təzyiqiniz olması lazım olduğu kimidir. Bu da məhsuldar bir şəkildə işləyə biləcəyiniz mənasına gəlir. Halbuki axşam saatlarında getdikcə gücdən düşəcək və səmərəsizləşəcəksiniz. İmkanınız varsa ən çətin işləri səhər saatlarında həll etməyə çalışın və günortadan sonralarınızı mümkün olduğu qədər boşaldın.

Yediklərinizə diqqət edin.

Ramazanda yedikləriniz çox əhəmiyyətlidir. Xüsusilə uzaq dayanmanız lazım olan qidalardan biri Ramazan süfrələrinin baş tacı şəkərli xəmir şirinləridir. Xəmir işləri, qoğallar, tortlar, şokoladlar, qazlı içkilər, qızartmalar, hazır qidalar, marqarin və kərə yağı xüsusilə uzaq durmağınız lazım olan yeməklərdir. Şirin nəsə istəsəniz, südlü şirinləri seçin.

 

 

Qida qruplarını balanslı istifadə edin
Ramazandakı bir başqa səhv də, kifayət qədər müxtəlif və sağlam qidalarla qidalanmamaqdır. İş həyatındakı səmərənizin düşməməsi üçün xüsusilə doğru şeylər yeməyə diqqət yetirin. Ayrıca Ramazanda maddələr mübadiləsi yavaşladığı üçün hər zamankından daha az yeməlisiniz, əks halda kökələ bilərsiniz. İş yerində iftarınızı bir stəkan meyvə şirəsi, bir az şorba və çörəklə açmanız kafidir. Bu qidalar sizə güc verər. Axşam yeməyinizi isə evdə yeməyə diqqət yetirin. İftar süfrənizdən isə zülal olanqidaları, bir parça çörək və ya plovu, bir stəkan ayranı əskik etməyin. Tərəvəz və meyvələr də iftar süfrələrinin əsas qidalarıdır.
Çay və qəhvəni qədərində için
Xüsusilə qəhvə, çay və siqaret vərdişi olanlar Ramazan yaxınlaşarkən bu vərdişlərini azaltmağa başlamalıdırlar. Əks halda Ramazanda baş ağrısı, konsentrasiya əkshikliyi, stres yaşaya bilərlər. Ramazanda qazlı içkilərdən də mümkün olduğu qədər uzaq dayanmağa cəhd göstərin.
Başınızın ağrısı dözülməzdir?
Orucluykən aclığın təsiriylə bəzi vaxtlarda baş ağrıları yaşaya bilərik. Bunlar yüngül və orta şiddətlidirsə dərmandan istifadə etmədən xilas olmaq mümkündür. Ancaq bəzi vəziyyətlərdə ağrının ölçüsü çox yüksək ola bilər və öz özünüzə keçirməniz mümkün olmaz. Bu vəziyyətdə dərman qəbul etməyiniz üçün orucunuzu pozmanız lazım olacaq, ağrınız yenə də keçməzsə həkimə getməkdə fayda vardır. Yüngül baş ağrılarını keçirmək üçün bir az məşq,ya da bir az yatmanız yaxşı olacaqdır.

Hirslənməməyə diqqət yetirin

Ramazanda insanlar normaldan daha gərgin olurlar. Gün içində xüsusilə hirsləndiyinizi hiss etdiyiniz zamanlarda yüngül bir musiqi dinləyin, bir az yeriyiş günorta saatlarında çölə çıxın, ofisdə, iş yerində qalmaq sizi daha da gərginləşdirəcəkdir.


Teq: ramazan

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 1673 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı