Beyində "Allah yeri" tapıldı

Tarix: 03.05.2024, 11:37 Пожаловаться


Amerikalı alimlərin apardıqları araşdırmaların nəticələrinə görə, insan beynində mənəviyyat, dindarlıq və Allah qorxusu hisslərini yaradan xüsusi bölgə var.
"Scientist" bildirir ki, ABŞ-dakı Missuri Universitetində aparılmış tədqiqata görə, beyində mənəviyyat, Allah qorxusu və ədəb davranışlarını müəyyənləşdirən xüsusi bölgələr mövcuddur.

Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatları təhlil etməklə yanaşı, yeni araşdırmalar aparılıb. Bunun nəticəsində məlum olub ki, insanın mənəvi transsendensiyası sağ beyində gicgah hissədəki bölgənin aktivliyinin artması ilə bağlıdır.

Ümumiyyətlə isə beyindəki "Allah bölgəsi" adlanan yerin fəaliyyətini bütün beyin təmin edir.
"Tədqiqatlarımız göstərir ki, insan mənəviyyatının neyropsixoloji əsasları beyində əlahiddə bölgə ilə tənzimlənmir. "Allah bölgəsi" adlandırdığımız yerin fəaliyyəti bütövlükdə beyindən asılıdır. 
Çünki mənəviyyat beynin müxtəlif hissələrinin funksiyalarından yararlanan daha dinamik konsepsiyadır", - Missuri Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Brik Conston deyib.


ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 1290 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı