B1 vitamini

Tarix: 26.04.2024, 09:02 Пожаловаться


Digər adı "Tiamin" vitamini olan B1 vitamini insanda hansı funksiyalara müsbət təsir göstərir? (hüriyyet)

B1 vitamini suda çox rahat həll olur. Buna görə yeməklərin suyunu boşaldan zaman B1 vitaminini də boşaltmış oluruq. Bu səbəbdən də suyu boşaltmamaq ən yaxşısıdır. Bundan əlavə, insan orqanizmində nazik bağırsaqdan sovrulan vitamin qaraciyər hüceyrələrinə nüfuz edir.

Orqanizmimizdəki funksiyası nədir?
B1 vitamini oprqanizmimizin maddələr mübadiləsini sürətləndirir. Şəkərin enerjiyə çevrilməsini təmin edir.

B1 çatışmazlığı hansı fəsadlara gətirib çıxardır?
İlk əlamətləri iştahasızlıq olan vitamin sonralar sinir sisteminin gərginləşməsinə səbəb olur. Bundan sonra dəridə suyun yığılmasına, ürəyin böyüməsinə, ürək infarktının yaranmasına səbəb olur.

Hansı qidalarda B1 var?
Ən çox qaraciyər, buğda, çovdar, qarğıdalı, düyü, qoz, fındıq, fıstıq, süd məhsulları, yumurta və göyərtilərdədir.

Gündəlik minimum ehtiyac 1 mg. lazımdır.

Teq: MARAQLI

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 939 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı