Yoqurtlu keks [hazırlanması]

Tarix: 19.04.2024, 13:03 Пожаловаться


Ərzaq:
Yoqurt – 1 stəkan
Yumurta – 3 ədəd
Şəkər tozu – 0,7 stəkan
Kərə yağı – 40 qr.
Duru yağ – 2 x/q.
Gavalı qurusu – 100 qr.
Kişmiş – 100 qr.
Qabartma tozu – 1 ədəd
Un – 1,5 stəkan

Hazırlanması:
Quru meyvələri isti suda 5 dəqiqə saxlayıb, suyunu süzüb, dəsmalla qurutduqdan sonra üstünə azca un səp. Yumurtanın ağını sarısından ayır. Sarının üstünə şəkər tozu əlavə edib, mikserlə qarışdır. Üzərinə vanil, duru və kərə yağını töküb, qarışdırmağa davam et. Sonra yoqurtu tök. Mikserlə bir az çaldıqdan sonra un, qabartma tozu və quru meyvəni töküb, qaşıqla qarışdır. Kənarda yumurtanın ağını beze halına gələnə kimi qarışdırıb, xəmirə əlavə et. Qabı yağlayıb xəmiri tök, 180 dərəcədə bişir. Hazır olduqdan sonra üzərinə qənd tozu səp.

Teq: Tort

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 4665 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı